Avropa parlementlərinin nümayəndələri və senatorlarının İrandaki Bahai qadınların vəziyyəti ilə bağlı bəyanatı
Avropanın hər yerindən gələn parlamentlərin 50-dən çox nümayəndəsi və senatoru birgə bəyanatda İran hökumətinin həm qadın, həm də Bəhai olaraq Bəhai qadınlara qarşı artan hücumlarından dərin təəssüf hissi keçirib və İran hökumətindən təqibləri dayandırmağı və Bəhai məhbuslarını dərhal azad edilməsi və onların insan hüquqlarına tam hörmət edilməsini istəyiblər. Bu hüquqlara azadlıq hüququ, işləmək hüququ, birləşmək və ifadə azadlığı, mülkiyyət, təhsil hüququ və dəfn hüququ daxildir.
Bu bəyanatda İrandan bəhailərə qarşı heç bir ayrı-seçkilik və qərəz olmadan bu əsas hüquqlara hörmət və dəstək verməsi istənilir.
Yuxarıda adı çəkilən bəyanatı imzalayanlar Bəhailərə, xüsusən də bəhai qadınlarına qarşı təqiblərin artmasını “tamamilə qəbuledilməz” adlandırıblar və “Bu, 1979-cu ildən sistematik təqiblərlə üzləşmiş cəmiyyətə qarşı qorxuducu düşmənçilik meylini göstərir ki, bu repressiya Human Rights Watch təşkilatı özünün son hesabatında “Boynumda bir çəkmə” raporu ilə insanlığa qarşı cinayət nümunəsi kimi tanıyıb.”
Yuxarıda qeyd olunan bəyanata görə, hazırda Bəhai məhbuslarının üçdə ikisini qadınlar təşkil edir. Bundan başqa, martın əvvəlindən məhkəməyə çağırılan 93 Bəhaidən 72-si qadındır.
Həbsdə olan bəzi Bəhai qadınların adları bunlardır:
Məhvəş Şəhriari (Sabet) – Fəribə Kəmalabadi – Şadi Şəhidzadə – Azita Furuği – Nəsim Sabiti – Röya Mələkuti – Məhsa Tirgər – Negin Rizayi – Elham Şaregi Arani – Nəkisə Sadiqi – Sədəf Şeyxzadə, Şəhrazad Məsturi – Ramele Tirgərnəjad – Röya Sabit.
#iran_xəbərləri #dini_azlıqlar #bəhai