Kişilər, yoxsa qadınlar
Ümumdünya səhiyyə Təşkilatına (ÜST) görə qadınlar kişilərlə müqayisədə daha uzunömürlüdürlər.Son illərin araşdırmalarına görə bu fərq 4-5 ildir.
Alimlər bunun müxtəlif səbəblərini müəyyən edib. Bəziləri hesab edir ki, bu genlərlə bağlıdır. Bu həm də cinsi xromosomlardan asılıdır. Beləki qadın xromosomları daha çox yaşayır.
Maraqlı nəticələrdən biri də hamiləliyin son dönəmlərində, eləcə də yeniyetməlik dövründə oğlan uşaqlarının ölüm hallarının daha çox olmasıdır.
Həyat tərzi də ölümün səbəblərindən hesab olunur. Kişilərdə ölüm hallarının çox olması onların dava-dalaşa, siqaretə, içkiyə daha çox meylli olması ilə də bağlıdır. Məsələn, Rusiyada bu, kişilərin ömrünü 13-14 il qısaldır.
Səhiyyənin pis olduğu ölkələrdə hamilə qadınların ölüm həddi yüksəkdir.
Maraqlı faktlardan biri isə yaşam boyu kişilərin daha sağlam olmasıdır. 16-6a yaş arasında aparılan araşdırmalara görə qadınlar həkimə daha çox müraciət edir.
Son vaxtların araşdırmalarından məlum olur ki, qadınlar və kişilərin ömrü arasındakı fərq azalmaqdadır. 2030-cu illərdə isə bu fərq 2ildən az olacaq və bərabərləşəcək.
Çox yaşamaq istəyirsizsə, həyat tərzinizə diqqət edin. Qidalanma ilə yanaşı münasibətləriniz də önəmlidir. Təkcə sağlam qida bizi qorumur. Bir-birimizə olan sayğı və sevgi də sağlamlığımız üçün çox vacibdir.
Bir birimizi qoruyaq.
qadinkimi.com