Gəmi qadın cinsinə aiddir
İNGİLİSLƏR NİYƏ GƏMİNİ QADIN CİNSİNƏ AİD EDİRLƏR?
İngilis dilində cins kateqoriyası olmasa da, bəzi sözlər qadın cinsinə aid edilir. “Gəmi” onlardan biridir.
Bunun niyə belə olması barədə müxtəlif fikirlər var. Onlara nəzər salaq:
¤ Keçmişdə uzaq səfərlərə çıxan dənizçilər “dənizə evlənmiş” adlandırılırdılar. Həm də qadın qayğı, mərhəmət simvolu olduğu üçün onu qadına bənzədib, qadın adları ilə adlandırmışlar.
¤ Kimsə zarafatla deyib ki, gəmi də qadın kimidir: baha başa gəlir, çoxlu boyaya ehtiyacı var və ətrafı kişi ilə doludur.
¤ Dənizçilər ana təbiətin gücünə bələd olduqlarına görə onun qəzəbindən qorunmaq üçün gəmilərinə qadın adları verirdilər.
¤ Məsələyə dini aspektdən də yanaşılmışdır. Beləki dində ilahə və ana fiqurlarına böyük əhəmiyyət verildiyinə görə onların gəmi və heyətini bəlalardan hifz etməyi əsas götürülmüşdür. Yeri gəlmişkən, tarixdə Atlantik okeanı keçən ən məşhur gəmirlərdən biri kimi Xristofor Kolumbun gəmisi də Müqəddəs Məryəmin şərəfinə “La Santa Maria” adlanırdı.
¤ Amma biz buna linqvistik nöqteyi-nəzərdən yanaşsaq, daha düzgün olar. Sırf dil faktını əsas götürsək, latın dilində gəmi sözü qadın cinsinə aiddir. Fərziyyəyə görə, ingilis dilində gəminin qadın cinsinə aid edilməsinə bu amil təsir göstərmişdir.
Aygün Əziz
qadinkimi.com
Aygün B
ütün reaksiyal