Etemad qəzeti: Son üç həftədə dörd qadın ailələrinin ərkəkləri tərəfindən öldürüldü
Çərşənbə axşamı günü, 12 noyabr, Etemad qəzeti bir xəbərdə yazıb ki, nəşr olunan xəbərlərə görə, son üç həftə içində dörd qadın ailələrinin ərkəkləri tərəfindən öldürülüb.
Bu xəbərə görə, bu qətllər Kirmanşah, Tehran, Urmiyə və Məşhəddə baş verib və təqsirləndirilən şəxslər qurbanların həyat yoldaşları, nişanlıları, qayınataları və ataları olub.
Bundan öncə “Etemad” qəzeti fevralın əvvəlindən iyunun sonunadək ən azı 10 qadın və qızın öldürüldüyünü və rəsmi xəbərlərə görə, onların əksəriyyətinin uşaq nikahının qurbanı olduğunu yazmışdı.
Bu hesabatda qurban qadın və qızlarının çoxu Kürdüstan və Batı Azərbaycan əyalətlərinin kəndlərindəndir.
İnsan haqları təşkilatları başqa bir hesabatda sentyabrın 29-dən oktyabrın 20-dək İranın müxtəlif şəhərlərində ən azı 13 qadının ailələrinə yaxın şəxslər tərəfindən qətlə yetirildiyini, onlardan yeddisinin “namus” motivi altında olduğunu açıqlayıb.
Son qurbanlardan biri də dekabrın 17-də axşam saatlarında Batı Azərbaycanın kəndlərində qayınatası tərəfindən öldürülən 24 yaşlı Röya adlı qadındır.
Rəsmi xəbərə görə, təqsirləndirilən şəxs həyat yoldaşını vurmaq niyyətində olub, lakin gəlinini səhvən üç güllə ilə öldürüb.
Əksər hallarda qatillərin motivi açıqlanmır və hətta bu qətllərin bəzilərində qatillərə qarşı şikayətlər heç yerə getmir.
Öldürülen qadın ve qızların çoxu kiçik yaşlarda evlənmiş uşaq nikahlılardır.
İran Statistika Mərkəzinin təqdim etdiyi son rəsmi məlumatlardan birinə görə, 2022-ci ilin yazı-payız ayları arasında 20 mindən çox 15 yaşından kiçik qızların nikahı qeydə alınıb.
Bu müddət ərzində qeydə alınan hesabatlarda 15 yaşınadək analar tərəfindən 1 min 85 uşaq dünyaya gətirmə faktı göstərilir.
#iran_xəbərləri #qadın_haqları