Urmiyədə Xumeyni təhsil və müalicə mərkəzinin tibb bacılarının etiraz aksiyası davam edir
Batı Azərbaycanın Urmiyə şəhərindəki “Xumeyni” təhsil və müalicə mərkəzinin tibb bacıları və işçiləri dünən 5 noyabr 2023-cü il bazar günü ikinci dəfə etiraz aksiyası təşkil ediblər.
Aksiya alacaqlarının ödənilməməsinə, habelə alınan maaşlara görə tariflərin qoyulmasına və onların dolanışıq problemlərinin həll edilməməsinə etiraz olaraq keçirilib.
Bu aksiyadan bir gün öncə də, noyabrın 4-də bu mərkəzin tibb bacıları və işçiləri bir neçə yüz tümənlik tariflə haqqını ödədikdən sonra toplaşıblar.
Bundan öncə İran Tibb Bacılar Evinin baş katibi Məhəmməd Şərifi Müqəddəm tibb bacıları üçün tərinəni “alçaldıcı” adlandırıb və bildirib ki, “24 saatlıq tibb bacısı haqqı keçən il 90 min tümən idisə, bu il 120 min tümən müəyyən edilib”.
Hazırda tibb bacısı maaşlarının 10 milyon tüməndir və bunun da tibb bacılarının başqa işlərə üz tutmasına səbəb olduğu bildirilir. Ayrıca, tibb bacısı sistemi təşkilatının rəisinin sözlərinə görə, “Pis iş şəraiti hər gün beş-altı tibb bacısının İranı tərk etməsinə səbəb olub”.
#azərbaycan_xəbərləri #aksiya