Səfiyə Qarabağının istintaq iclası keçirilib
Qadın hüquqlarını müdafiyəçisi və mədəni fəal Səfiyə Qarabağinin istintaq iclası 1 oktyabrda Zəncan Prokurorluğunun 9-cu istintaq şöbəsində keçirilib.
Bu azərbaycanlı fəal şəxsi İnstaqram səhifəsində bildirib ki, 30 sentyabra Zəngan Prokurorluğunun 9-cu İstintaq Şöbəsi tərəfindən bildiriş göndərilib və mənə qarşı oktyabrın 4-də istintaq keçiriləcəyi deyilib. Mən o gün məhkəmədə ola bilməyəcəyim üçün u iclasın tez bir vaxta alınmasını istəmişdim və ona görə bu iclas 1 oktyabrda keçirilib. İnstaqram hesabımda postlarım və hekayələrimlə bağlı şikayətdə əlyehimə “sistemə qarşı təbliğat” ittihamı irəli sürülüb.
1 oktyabr 2022-də Zəncan Kəşfiyyat İdarəsinin əməkdaşları Xanım Qarabağini iş yerində tutaraq, naməlum bir yerə köçürmüşdülər.
İranda ümummi etirazların başlaması ilə Səfiyə Qarabaği İnstaqram səhifəsində Zəncanda təhlükəsizlik orqanlarının vətəndaşların həbs dalğasına etiraz edərək, təhlükəsizlik orqanlarının etirazçılarla qarşı rəftarını tənqid etmişdi. O, öncələr qadınlarla bağlı fəaliyyətinə və İranda yaşayan etnik qrupların hüquqlarını müdafiə etdiyinə görə dəfələrlə təhlükəsizlik və məhkəmə orqanlarına çağırılıb. Səfiyə Qarabaği tələbə fəal və keçmiş siyasi məhbus Pərisa Rəfiinin xalasıdır.
#ümumi_etirazlar