Doğu Azərbaucanda baş örtüsü ilə əlaqədar 439 avtomobil müsadirə edilib
Məcburi hicaba təzyiqlərin artdığı bir vaxtda Doğu Azərbaycanın polis komandiri icbari hicaba riayət etməməkdə ittiham olunan bir sıra qadınlara qarşı iş qaldırıldığını və “439 avtomobilin sahiblərinin hicabsız olması səbəbindən müsadirə edildiyini” açıqlayıb.
Cümə axşamı, avqustun 11-də Doğu Azərbaycanın polis komandiri “Əli Məhəmmədi” dedi: “Biz hicabın aşkar edildiyi 439 avtomobili müsadirə etdik”. O, əlavə edib: “Polisin xəbərdarlığına qulaq asmayanlar barəsində qaydalara və qanuna uyğun olaraq elektron iş açılıb və onlar məhkəmə sisteminə təqdim ediliblər. Bununla belə, Əli Məhəmmədi Doğu Azərbaycan polis komandanlığının məcburi hicab taxmaqdan imtina etdiyinə görə iş qaldırdığı qadınların statistikasını verməkdən imtina edib.
Doğu Azərbaycanın polis rəisi həmçinin bildirib ki, “restoran və qəhvəxana sahiblərinin baş örtüsü qanuni qaydalara uyğun olmalıdır” və restoran və qəhvəxana sahibləri “hicabsız insanlara xidmət göstərilməsi ilə bağlı” xəbərdarlıq etməlidirlər.
Ədliyyə orqanlarının sözçüsü bundan öncə avqustun 2-də ilin ilk 4 ayında “hicabın açılması” ilə bağlı 2200-dən çox məhkəmə işinin qaldırıldığını bildirmiş və əlavə etmişdi ki, bu işlərdən 1707-nin İran İslam Respublikasının polis komandanlığının hesabatı üzərinə açılıb.
Ədliyyə orqanlarının sözçüsü onu da bildirib ki, hicabla bağlı ümumilikdə 825 cinayət işi, 344 cinayət təqibi işindən təqsirləndirilən şəxslərdən 167-nə bəraət verilib, bəzi işlər isə nöqsanların aradan qaldırılması üçün prokurorluğa qaytarılıb.
Polis Komandanlığının sözçüsü Səid Montəzer əl-Mehdinin sözlərinə görə, cəmi iki ay ərzində “16 aprel-15 iyun tarixləri arasında avtomobil sahiblərinə 991 min 176 hicab xatırlatma” sms olaraq göndərilib və bu iki ay ərzində 133 min 174 “ sistemli üzərindən müsadirə” və 2 min avtomobillə bağlı “fiziki müsadirə” işi həyata keçirilib.
Təzyiqdəki bu artım Məclisdə Hicab Qanun layihəsinə baxılarkən, əxalq polisi nəzarətində olan Məhsa Əmininin ölümünün ildönümünə yaxınlaşdığımız bir şəraitdə baş verir və İslam Respublikası səlahiyyətliləri etirazların yenidən alovlanmasından narahatdırlar.
#azərbaycan_xəbərləri #məcburi_hicab