Xoyda rejim zəlzələdən zərərçəkənlərə qarşı su şırnaqlarından istifadə edib
Xoyda baş vermiş 5,9 bal gücündə zəlzələdən bir gün sonra yayımlanan reportajlar və videolar zəlzələdən zərərçəkənlərə yardımın göstərilməsinin əlverişsiz vəziyyətdən, ayrıca şəhərə “iğtişaş əleyhinə” qüvvələrin göndərilməsini göstərir.
“İranwire”ın əldə etdiyi videolardan birində İran İslam Respublikasının agentləri çadır götürmək üçün toplaşan vətəndaşlara qarşı su şırnaqlarından istifadə edir.
İslam Respublikasının hökumət qüvvələri havanın həddindən artıq soyuq və qarlı olduğu gördüyü halda zəlzələ qurbanlarının üzərinə su çiləyir.
Sosial şəbəkələrdə də şəhərdə iğtişaşlara qarşı bölmələrin olduğunu göstərən videolar yayımlanıb. Tvwtter istifadəçiləri istehza ilə yazıblar ki, hökumət kömək etmək əvəzinə özbaşına hərbi qüvvələr göndərib.
Zəlzələdən zərərçəkənlər arasında çadırların necə alçaldıcı şəkildə paylandığını göstərən başqa bir video “İranwire” tərəfindən əldə edilib.
ISNA xəbər agentliyi xəbərdə çatışmazlıqların olduğunu təsdiqləyib və yazıb: “Hazırda əsas məsələ müvəqqəti yaşayış yeridir ki, rəsmilər bununla bağlı görülən işləri görürlər, lakin bəzi vətəndaşlar bəzi əşyaların, o cümlədən çadırların və isti yeməklərin olmamasından şikayətlənirlər”.
Şənbə günü, Yanvarın 28-də axşam baş verən zəlzələ 70 Xoy kəndinə ziyan vurub, 793-dən çox insan yaralanıb, azı 3 nəfər ölüb.
#Xoy #Xoy_Zəlzələsi