Təbriz sakini Fərnaz Əlizadə Gülənbər məhkəməyə qədər qirov qarşılığında sərbəst buraxılıb və Zəncan sakini Mina Əlixani isə həbs edilərək 6 aylıq həbs və 74 şallaq cəzası üçün Zəncanın Səfərabad zindanına göndərilib.
Xanım Əlizadə Gülənbər Təbriz Ümumi və İnqilab Məhkəməsinin 15-ci şöbəsində ittihamı İran İslam Respublikası əleyhinə təbliğat kimi qiymətləndirilib.
Ayrıca, Xanım Əlixani Zəncan hökm icra şöbəsinə getdikdən sonra həbs edilib və 6 aylıq həbs və 74 şallaq cəzasını çəkmək üçün Səfər Abad həbsxanasına köçürülüb.
Fərnaz Əlizadə Gülənbər bazar ertəsi, 3 yanvar 2022-ci ildə Təbrizin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Qeyd edək ki, son etiraz aksiyalarından sonra internet bağlantısı kəsildiyindən və təhlükəsizlik orqanlarının məhbusların ailələrinə məlumat verməmələri üçün təzyiqləri nəticəsində indiyə qədər saxlanılanların adları və statusları ilə bağlı dəqiq statistika açıqlanmayıb. #ümumi_etirazlar