Zöhre Əli Əkbəri Cəmin Evin həbsxanasıdaki sağlıq durumu narahatlıq yaradıb
Göz əməliyyatına (keratoplastika) ehtiyacı olan İncəsənət məzunu, Tərbiyət Müdərris Universitetinin həmkarlar ittifaqı şurasının keçmiş katibi Zöhrə Əli Əkbəri Cəmin ailəsi onun Evin həbsxanasında tibbi yardımdan məhrum olduğundan narahatlığını bildirib.
Zöhrənin anası şəxsi İnstaqram səhifəsində yazıb: ” Zöhrə ən qısa zamanda göz əməliyyatı keçirməlidir və onun tibbi yardıma ehtiyacı var. Gəlin Zöhrənin səsi olaq”
Zöhrə Əli Əkbəri 19 dekabr 2022-ci ildə Zəncanda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Evin zindanına köçürülüb.
Qeyd edək ki, son etiraz aksiyalarından sonra internet bağlantısı kəsildiyindən və təhlükəsizlik orqanlarının məhbusların ailələrinə məlumat verməmələri üçün təzyiqləri nəticəsində indiyə qədər saxlanılanların adları və statusları ilə bağlı dəqiq statistika açıqlanmayıb.
#ümumi_etirazlar