Arzu Xaliqi Ərdəbildə həbs edilib
Beynəlxalq hüquq eksperti Arzu Xaliqi 10 Noyabr 2022-də Ərdəbil şəhərində həbs edilib.
Onun həbsinin səbəbləri və hara köçürülməsi barədə ətraflı məlumat yoxdur.
Şahidlərin və etibarlı mənbələrin verdiyi məlumata görə, Azərbaycan şəhərlərində gənclərin yanısıra yüzlərcə yeniyetmə qız və oğlan həbs edilib.
Qeyd edək ki, son etiraz aksiyalarından sonra internet bağlantısı kəsildiyindən və təhlükəsizlik orqanlarının məhbusların ailələrinə məlumat verməmələri üçün təzyiqləri nəticəsində indiyə qədər saxlanılanların adları və statusları ilə bağlı dəqiq statistika açıqlanmayıb.
#ümumi_etirazlar