Həkimə Əhmədi Urmiyə gölüne etirazlarlarda Təbriz şəhərində həbs edildi
Ayrıca Təbrizdə yaşayan başqa Azərbaycanlı mədəni fəal Yunis Məhmudi, həbs edildiyi xəbərləri yayımlandıqdan sonra şəxsi İnstaqram səhifəsində həbs olunmadığını açıqlayıb.
Bu gün İranwire-ə çatan xəbərlərə görə isə dünən saxlanılan Huşəng Nəqizadə və Mikayıl Qulupur Urmiyə mərkəzi həbsxanasına köçürülüblər.
Dünən Urmiyə gölünün qəsdən qurudulmasına etiraz olaraq Urmiyə şəhərində keçirilən nümayişdən sonra Azərbaycanın başqa şəhərləri, o cümlədən Təbriz, Ərdəbil, Sulduz, Qoşaçay və s. də yüksək təhlükəsizlik vəziyyətinin şahidi olub və xəbərlər çoxlu sayda vətəndaşın həbs olduğunu göstərir.
Mütəxəssislərin fikrincə, Urmiyə gölünün quruması ilə bu bölgənin əhalisinə toz və tufan şəklində 10 milyard tondan çox duz düşəcək və bu böhran təkcə Batı Azərbaycana deyil, bir çox bölgələrə də təsir edəcək.
Bildirilməsi gərəkir ki, Batı və Doğu Azərbaycan əyalətləri əhalisinin güzəranı və məişəti birbaşa Urmiyə gölünün kritik şəraitinin yaxşılaşdırılması ilə bağlıdır.
#Azərbaycan_xəbərləri #ümumi_etirazlar