Sara Qədimova
Sara xanım 83illik ömrünün böyük hissəsini Azərbaycan musiqisinə həsr edib. Onun ifasında muğamlar, təsniflər, bəstəkar mahnıları daim uğurlu və təkrarsız olub. Sara xanım Şərqdə muğam dəstgahlarının ilk qadın ifaçısıdır. Şur dəstgahını bütöv şəkildə ifa edən ilk qadın sənətkardır. Səsinin bəmi qədər zili də ürəyə yatan, qəlbə toxunandır. Onun ifasında təkrarsız muğamlar çoxdur, lakin Şahnaz, Qatar kimi zil muğamlar məhz onun adı ilə hallanır. Sara xanımın Azərbaycan musiqisindəki yeri sadəcə muğamlarla bitmir, əlbəttə. Deyərdim ki, öz repertuarında xalq mahnılarına bu qədər yer verən tək sənətkardır, çünki onun ifasında bütün xalq mahnıları sevilib, sevilir və seviləcək..
Bu gün isə Sara xanımı vəfatının 17-ci ilində çox bilinməyən, lakin təkrarsız ifalarından biri ilə anırıq. Allah rəhmət etsin!
•Sara xanım Qədimova-Yaylıq
•Azərbaycan xalq mahnısı