İranda uşaq evliliyi;10_14 yaş arası analardan bir ildə 1474 körpə dünyaya gəlib
Onlardan 1474 körpə on yaşından on dörd yaşa qədər olan analar tərəfindən dünyaya gəlib.
İnsan haqları təşkilatlarının uşaq evliliyi və onun təşviqi ilə bağlı tənqidlərinə baxmayaraq, İslam Respublikası rəsmiləri İranda qızların erkən nikahının uşaq nikahı olmadığını bildiriblər.
Məlumata görə, 20-24 yaş qrupunda olan analar ümumilikdə 196 min 402 körpə dünyaya gətirib.
Daha öncə İsna xəbər agentliyi ötən ilin son aylarında doğulanların artımını dəyərləndirib və təsdiqləyib ki, doğumların artması aşağı təbəqənin uşaq doğurmaları üçün aldıqları dəstəklər və hökümətin həvəsləndirici siyasətlər və iqtisadi imtiyazlarla bağlıdır.
İranın Qeydiyyatı Təşkilatının statistik hesabatı da təsdiq edir ki, 2021-ci ilin son aylarında doğum göstəricisi 2020-ci ilin son ayları ilə müqayisədə bütün yaş qrupları üzrə sürətlənib.
İranda son illərdə uşaq nikahları artıb, o cümlədən İranın Statistika Mərkəzi bildirir ki, 2020-də “15 yaşdan kiçik uşaqlar”ın qeydə alınmış nikahlarının nisbəti bu il qeydə alınan nikahların ümumi sayının beş faizindən çoxuna çatıb.
Vətəndaş Qeydiyyatı Təşkilatının hesabatının başqa bir hissəsində 2021-ci ildə İranda cəmi 1 milyon 106 min 72 körpənin doğulduğu, bunun 2020-ci illə müqayisədə çox cüzi bir azalma olduğu, bunun da İranda doğumların azaldılması prosesinin dayandırılması anlamına gəldiyi bildirilir.
Ən çox doğuş 30-34 yaş qrupunda olan analardan cəmi 301 min 369 körpə ilə qeydə alınıb, onu 25-29 yaş qrupunda olan analar isə cəmi 283 min 241 uşaq dünyaya gətirib.
Hesabatda həmçinin ötən il doğum və ölüm statistikası arasındakı fərqlə İran əhalisinin artımının 569 min 963 nəfər olduğu bildirilir və əhalinin təbii artım sürətinin yüzdə 0.07 olduğunu yazıb.
#İran_Xəbərləri #uşaq_hüquqları #uşaq_evliliyi