Mehri Cəfəri: Stadiona giriş yasağı qadına böyük təhqirdir
Xatirəsi əbədi olan hüqüqsunas, alpinist, qadın və ayrımcılıq siyasətinə məruz qalan millətlərin haqları üzrə aktivist hələ 2019 ci bli oktyabr ayında VOA ilə müsahibədə qadınların stadiona giriş yasağı haqda danışmışdır.
……………………………….
İranda qadınlar oktyabrın 10-da ilk dəfə olaraq futbol üzrə dünya çempionatının seçmə turniri çərçivəsində keçirilən İran-Kamboca matçı izləmək üçün stadiona daxil ola bildilər.
Hüquqşünas Mehri Cəfəri Amerikanın Səsi ilə söhbətdə bunu qadınların bərabər hüquqlar uğrunda mücadiləsində böyük bir uğur olaraq dəyərləndirir.
Ümumi bir yerin qapısını sənə bağlayıblar və deyirlər ki, sən cinsiyyətinə görə buraya girə bilməzsən… Bunun mənasına dərindən baxsan, görərsən ki, səni bundan artıq təhqir etmək olmaz.
“Bu, mənim nəzərimdə çox böyük bir müvəffəqiyyətdir. Çox adam bizə deyə bilər ki, bu nə üçün müvəffəqiyyət olsun. İranda qadınların çox daha böyük məsələləri var. Daha böyük ayrıseçikiliklər var. Şahidlik, miras və ‘diyə’ kimi bir çox məsələdə qadının haqqı açıq şəkildə kişinin yarısı qədərdir. Amma, necə olur ki, stadiona getmək bu qədər qadına mühüm olur? Bu qədər sevinc gətirir?” Mehri Cəfəri sual edir.
O, ümumi bir məkanın qapılarının qadına bağlı olmasını qadın üçün böyük bir təhqir olduğunu vurğulayır:
“Bu sevincin əsaslı bir səbəbi var. O da budur ki, ümumi bir yerin qapısını sənə bağlayıblar və deyirlər ki, sən cinsiyyətinə görə buraya girə bilməzsən. Eynən o olaya bənzəyir ki, Amerikada o qara qadın gərək avtobusda yerindən qalxıb, yerini ağ insanlara verəydi. Niyə? Çünki, sən qarasan.”
Hüquqşünas deyir ki, “bu çox dərdli məsələdir biz danışırıq. İranın içərisində olanda neçə qatlı ayrıseçkiliklər o qədər çoxdur ki, qadınları adət etdiriblər. O qədər problemlərimiz var ki, bunu kiçik bilirik. Amma, onun mənasına dərindən baxsan, görərsən ki, səni bundan artıq təhqir etmək olmaz ki, desinlər sən qadın olduğun üçün gərək yerini erkək vətəndaşa verəsən! Bu bir yara kimidir.”
Onun sözlərinə görə, “İranda qadına ikinci dərəcə vətəndaş kimi baxılır. Yəni, onlar (kişilər), istəsələr qadına bir şey verərlər ya alarlar. Qadın onlarla bərabər deyil. Qərarı onlar verər. Qadın qərar vermək prosesində yoxdur.”
Onlar bizim əsas haqlarımıza prioritetləşdirirlər. Yəni deyirlər ki, bunu istəmə, onu istə. Qoy qapını bağlayaq sən çıxmayasan. Sudan, çörəkdən ki daha mühüm deyil. Qal içəridə, əvəzində acından ölməzsən.
“Onlar bizim əsas haqlarımıza prioritetləşdirirlər. Yəni deyirlər ki, bunu istəmə, onu istə. Bunlar bizim əsas haqlarımızdır. Sən deyə bilməsən ki, məsələn su mühümdür ya çörək, ya məsələn sənin azadlığın mühümdür. Qoy qapını bağlayaq sən çıxmayasan. Sudan, çörəkdən ki daha mühüm deyil. Qal içəridə, əvəzində acından ölməzsən,” deyə Mehri Cəfəri bəyan edir.
İyun ayında FİFA prezidenti Canni İnfantinonun İranın Futbol Federasiyasına (FFIRI) göndərdiyi məktubda ölkənin qadınların stadionlara getməsinə icazə vermək üçün “konkret addımlar” atmalı olduğu və ya sanksiyalarla qarşılaşacağı bildirmişdi.
Cəfəri hesab edir ki, “FİFA istəsəydi, bununla bağlı daha əvvəldən İrana basqı tətbiq edə bilərdi:
“Bu məsələ haqqında az danışılırdı. Aşkara çıxanda dünya baxdı və dedi ki, demək İranda qadınları vəziyyəti elədir ki, hətta stadiona da gedə bilməzlər. Ayrı müsəlman ölkələrdə niyə gedə bilirlər? Yəni bunlara bir rüsbayçılıq oldu. FİFA istəsəydi əvvəldən İrana basqı gətirərdi və bunun xəbəri çıxardı. Xəbər çıxanda bunlar məcbur olurlar reaksiya göstərsinlər, bir şeyləri dəyişdirsinlər ki, məsələ xəbərlərdən çıxsın.”
O, “Mavi Qız” olayı ilə qadınlrın stadiona getmə haqqının bir prioritet halına gəldiyini önə çəkir.
İran və dünya mediasında “Mavi Qız” adı ilə məşhur olan Səhər Xudayari kişi geyimində stadiona getməyə çalışdığı zaman məmurlar tərəfindən saxlanılmışdı. Daha sonra 6 ay həbsə məhkum olmuş Səhər Xudayari intihar edərək öz həyatına son qoydu. O, sentyabrın 8-də 29 yaşında ikən xəstəxanada vəfat etdi.
“FİFA-nın basqısı təsirli idi. Təsiri ona görə idi ki, İran xəbərlərdən qorxdu. Mavi Qızın hərəkəti bir olay idi ki, qadınların üzərindəki basqını göstərdi. Bu məsələnin də bir prioritet olduğunu göstərdi.”