Dünya Ana Dili Gününde mədəni fəallar Azərbaycanın müxtəlif şəhərlərində Türkcə kitablar payladılar
Dünən, bazar ertəsi, 21 Fevral Dünya Ana Dili Gününü qeyd etmək üçün Azərbaycanlı mədəni fəallar Azərbaycanın müxtəlif şəhərlərində uşaqlar arasında yüzlərlə cild Türkcə kitab paylayıblar.
Azərbaycanlı uşaqlar arasında paylanan kitabların mövzusunu şeir, Türkcə uşaq hekayələri, rəsm əsərləri və s. təşkil edir. Ayrıca fəallar uşaqlara və onların valideynlərinə Azərbaycan mədəniyyəti, dil hüquqları, ana dilində təhsilin üstünlükləri haqqında məlumat veriblər.
Hər il İran təqvimində isfənd ayının 2-nə təsadüf edən Dünya Ana Dili Günü münasibəti ilə Türk şəhərlərdə mədəni fəallar kitab paylayır, təbrik traktatları paylayır, şokolad, qraffiti, bannerlər quraşdırır və ana dili ilə bağlı məlumatlar verir və İran hökümətini dil hüquqları ilə bağlı beynəlxalq konvensiyaların maddələrini həyata keçirməyə çağırırlar.
Məsələnin vacibliyini və ana dilində tədrisin zəruriliyini vurğulamaq və hökumətləri bu aydın bəşəri prinsipi həyata keçirməyə məcbur etmək üçün UNESCO tərəfindən fevralın 21-i Ümumdünya Ana Dili Günü kimi təyin edilmişdir.
İranda Türklər bir çox əsas mədəni hüquqları o cümlədən, “ana dilində təhsil hüququ”, “Türkcə milli televiziyaya sahib olmaq hüququ”, “milli Türk qəzetinə sahib olmaq hüququ” və “övladlarına Türk adları qoymaq hüququ”ndan məhrum ediliblər.
#Azərbaycan_xəbərləri #dünya_ana_dili_günü #Türkcə_kitablar