Aşıq Ulduz Sönməz – Misri Aşıq Havası
Ulduz Quliyeva 1945-ci il iyun ayının 16-da Gədəbəy rayonunun Kərimli kəndində anadan olub. Orta məktəbi də Gədəbəydə bitirən Aşıq Ulduz Bakıya gələrək Asəf Zeynallı adına Musiqi məktəbinin Muğam sinfinə daxil olub. Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət evində əmək fəaliyyətinə başlayıb.
1971-ci ildən Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışıb. Səkkiz il isə “Lalə” qızlar ansamblında solist fəaliyyət göstərib. O illərdə televiziyada yayımlanan “Klassik irsimizdən” adlı verilişdə Ulduz Quliyeva ən çox Rübabə Muradova ilə çıxış edirdi.
Ulduz xanım saz çalmağı Aşıq Sədi Ağstafalıdan öyrənib.
1984-cü ildə yaratdığı “Sazçı qızlar” ansamblı böyük rəğbət qazanıb. “Aşıq Pəri” məclisinin yaradıcılarından və fəal üzvlərindən olan U.Quliyeva respublikada ilk dəfə Ü.Hacıbəyli adına Sumqayıt Musiqi Kollecində aşıq sənətini tədris edib.
2000-ci ildə “Ulduz” ədəbi birliyini və “Qopuz” jurnalını yaradıb. 2000-ci il 18 martda isə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Ulduz” Birliyi onun rəhbərliyi altında fəaliyyətə başlayıb.
Ulduz Quliyeva Azərbaycan aşıqlarının 1984-cü il martın 19-da keçirilən IV qurultayında iştirak edib.
Aşıqlıqa yanaşı həm də bədii yaradıcılıqla məşğul olan Ulduz xanım 3 şeir kitabının müəllifidir (“Vüqarımı o dağlardan almışam”, “Dastan”, “Saz demirmi, bəs?”
Ulduz Quliyeva 2008-ci ildə “Azərbaycanın Əməkdar mədəniyyət işçisi” adına layiq görülüb.
1 mart 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.