Natəvan Abdulla :Uşaqlarda emosional zəkanın inkişafı
Sosial mühitdə, iş dünyasında fərqli insana rast gəlirik. Onların eyni hadisələr qarşısında verdikləri reaksiyalar müxtəlif olur, elə özümüzün də. Başqalarının qeyri-ciddi saydığı hadisələr bizi qəzəbləndirə, bizim gülməli hesab etdiklərimiz isə bir başqasını qıcıqlandıra bilir. Bizim danışaraq həll edə biləcəyimiz xırda bir problem başqası üçün emosjonell partlayışa səbəb olar. Hva er det? Niyə bəzilərimiz yetkin adamlar kimi davrananda, bəzilərimiz ictimaiyyət arasında eyni hadisələrə şişirdilmiş emosjonelle reaksiyalar veririk?
Ümumiyyətlə, həmişə Şərq cəmiyyətlərinin daha emosjonell, Qərb cəmiyyətlərinin isə rasional olduğu deyilir. Cəmiyyətimizdə “ağır olmaq” ifadəsi çox işlənsə də, əslində, biz də duyğusal xalqıq. Amma duyğusal, yəni emosjonell olmaqla, duyğulu insan olmaq arasında böyük fərq var. Duyğulu insan olmaq, emosiyaları düzgün inkişaf etmiş, yetkinləşmiş, harada nəyə necə reaksiya verəcəyini bilən təmkinli insandır.
İnsanın emosjonell inkişafının təməli uşaq yaşlarından qoyulur. Uşaq nə qədər ailədə dinlənilir, fikirlərini bölüşüb valideynlərdən düzgün reaksiya görürsə, emosjonell baxımdan o qədər yaxşı inkişaf edir. Yəni uşaqlıqdan adam yerinə qoyulan, saya salınan şəxslər böyüyəndə emosjonell baxımdan daha yetkin hala gəlirlər.
Emosjonell baxımdan düzgün inkişaf etməyən uşaqlar hansı çətinliklərlə qarşılaşır?
Emosjonell baxımdan yetkinləşməyən insanlar üçün həyat digərlərinə nəzərən daha çətin olur. Bu çətinliklər birinci növbədə iradəsizlik və manipulyasiyaya açıq olmaqdır. Emosjonell baxımdan inkişaf etməyən, duyğuları ailəsi, yaxın ətrafı tərəfindən düzgün “qidalandırılmayan” uşaqlar üçün həyat daha çətin olur. Təmkinli olmağı, hadisələr qarşısında özünü ələ almağı bacarmır, tez ağlayır, tez küsür, başqalarının rəyindən asılı yaşayır Oz hisslərini anlamaqda çətinlik çəkir, başqaları ilə münasibətdə yersiz davranışlar sərgiləyir, Cox diqqət çəkməyə çalışır, yaxud da özünə qapanır. Øzünü emosjonell cəhətdən anlamayan insan öz duyğularını də tənzimləyə bilməz. Həm də bu cür insanlar adətən hisslərinin əsirinə çevrilirlər. Sevəndə də, ayrılanda da ağlı başından gedir, bir azca əsəbləşəndə daşı daş üstə qoymur, adi bir problemlə üzləşəndə özünü sanki dünya çöküb, o da altında qalıbmış kimi hiss edir. Qeyri-stabil davranışlar adətən emosiyalarına hakim ola bilməyən insanlarda müşahidə olunur. Başqaları ilə münasibətlərinin zədələnməsi bir yana qalsın, bu cür insanlar heç özləri ilə də dolana bilmirlər. Bütün bunlar da uşaqlıqda düzgün duyğusal inkişaf xəttinin izlənilməməsi ucbatından baş verir.
Duyğusal inkişaf nədir?
Valideyn gün ərzində uşağın ac, ya tox olduğuna, üşüyüb-üşümədiyinə, tərləməsinə, temperaturuna fikir verir. Amma gündəlik həyatda onların hansı hadisələrə necə reaksiya verdiyinə demək olar ki, diqqət yetirmir. Uşağın niyə və nəyə görə ağladığı ilə maraqlanmadan onu sakitləşdirməyə çalışır, nəyə daha çox maraq göstərdiyinə fikir vermir. Amma uşağın fiziki inkişafı qədər onun emosional baxımdan da düzgün inkişaf etməsinə diqqət yetirmək çox vacibdir. Çünki uşaqların emosional inkişafı bütün digər inkişaflarını müşayiət edir və onu yetkinliyə hazırlayır. Buna görə də, uşağın öz duyğularını idarə etməsi, başqalarının duyğu və ehtiyaclarını anlaması və sağlam münasibətlər qurması üçün güclü bir təmələ ehtiyacı var. Sosial və emosional inkişaf uşağın fitrətinə, yaşadığı cəmiyyətin mədəni təsirlərinə, ətrafındakı nümunəvi davranışlara, böyüklərlə arasında olan bağlılığa görə dəyişə bilər. Bu səbəbdən uşağa bələdçilik etmək, duyğularını anlamasını təmin etmək üçün vaxtaşırı uşaqla məşğul olmaq lazımdır.
Duyğuları öyrənmək və anlamaq nəyə görə vacibdir?
İnsanlar gün ərzində təəccüblənməkdən utanmağa, qürurdan qəzəbə qədər bir çox duyğunu hiss edirlər. Bu duyğulara yanaşmamız 4 yaşında fərqli, 14 yaşında fərqli olur. Yaş artdıqca hadisələrə reaksiyalarımız da dəyişir. Uşaqların hər gün yaşadıqları fərqli duyğulara verdikləri reaksiyalar və bu duyğuları necə anladıqları da gələcəkdə onların seçimlərinə, davranışlarına, sosial münasibətlərinə, iş həyatlarına, ailə münasibətlərinə təsir edəcək. Buna görə də gələcəyin sağlam fərdi olmaları üçün körpəlikdən onların duyğusal inkişaflarını dəstəkləmək vacibdir.
Emosional inkişaf
Uşaqlar körpəlikdən sevinc, qəzəb, kədər və qorxu kimi əsas duyğuları hiss etməyə başlayırlar. Uşaqlıq dövründə isə mənlik hissi inkişaf etməyə başlayır. Bu zaman utancaqlıq, təəccüb, utanmaq, günahkarlıq, qürur və empatiya kimi daha mürəkkəb duyğular yaşayırlar. Azyaşlıların duyğuları əsasən, sürətli ürək döyüntüsü, qarnında qıdıqlanma kimi fiziki reaksiyalara səbəb olur. Onlar, “Bu hiss nədir? Niyə belə hiss edirəm?” – suallarının cavabını bilmirlər. Uşaq böyüdükcə duyğularını tanımaq qabiliyyəti də inkişaf edir. Artıq əksər duyğuların xarici təsirlərdən yox, məhz öz düşüncələrindən daha çox qidalandığını anlamağa başlayırlar.
Duyğusal inkişaf da elə duyğuların nə olduğunu öyrənmək, necə və niyə yarandığını anlamaq, özünün və başqalarının hisslərini tanımaq və onları idarə etməyin təsirli yollarını inkişaf etdirmək deməkdir. Uşaqlar böyüdükcə və müxtəlif vəziyyətlərə düşdükcə emosional həyatları daha da mürəkkəbləşir. Bu məqama qədər bir sıra duyğuları idarə etmək üçün inkişaf etdirilən bacarıqlar işə düşür. Əgər körpəlikdən bu bacarıqlar inkişaf etdirilməyibsə, zəif əzələli qol kimi, inkişaf etməmiş iradə də ağır emosiyaların altından qalxa bilmir.
Duyğusal inkişaf körpəlikdən başlayaraq yetkinliyə qədər davam edən mürəkkəb bir prosesdir. O, körpəlikdən etibarən bu dörd addımla başlayır:
– Duyğuların nə olduğunu öyrənmək;
– Necə və niyə baş verdiyini anlamaq;
– Öz emosiyalarını və başqalarının duyğularını tanımaq;
– Onları idarə etməyin təsirli yollarını inkişaf etdirmək;
Emosional inkişafa necə dəstək verməli?
Valideynlər və müəllimlər uşaqların emosional inkişafının dəstəklənməsi prosesində mühüm rol oynayır. Buna görə də uşağın duyğusal inkişafında birinci addım ona nümunə olmaqdır.
İnsanın həyatını çətinləşdirən duyğulardan qaçmaq mümkün deyil. Uşağa bu cür hisslərin həyatın bir hissəsi olduğunu göstərmək lazımdır. Bəzən həyatımızı çətinləşdirən duyğulara qarşı necə davrandığımızı müşahidə etmək onlara əsl nümunə ola bilər. Məsələn, “Özümü çox yorğun hiss edirəm, bu gün tez yatmalıyam” – ifadəsi böyüklər üçün sadə məntiq olsa da, uşaq üçün çox şey ifadə edir. O, artıq insanların yorğun, əzgin hiss edəndə yatıb dincəlməyə ehtiyacı olduğunu anlayır və bu informasiyanı mənimsəyir.
Duyğularımız – həyatımıza məna və rəng qatan hisslərimizdir. Amma nədənsə böyüklər üçün də duyğuları haqqında danışmaq nisbətən çətin olur. Hələ duyğularını tam anlamayan və onlar qarşısında nə edəcəyini, necə davranacağını bilməyən uşaqlar üçün vəziyyət daha da qarışıq hal alır. Duyğularımız haqqında danışmağa öyrəşməliyik. Uşaqlarla gün ərzində hansı duyğuları yaşadığınızı, həmin duyğuları adlandıraraq danışmaq lazımdır. Bu yolla həm də uşaqların da öz hisslərini tanımasını və hissləri haqqında danışmasını asanlaşdırmaq olar.
Əksər yetkin insanlar mənfi duyğularını qəzəbli ifadələrlə büruzə verirlər. Əsəbləşəndə qışqırır, söyüş söyür, təhqirə baş vururlar. Amma sizə pis təsir göstərən şeylər haqqında danışmaqla uşağınızın da belə anlar yaşayarkən necə davranmaları üçün nümunə olmağmalısçalış. Øvladınız bir problemlə qarşılaşanda necə davranmasını istəyirsiniz? Yatağa girib yorğanı başına çəkməsini, ya qışqırıb hər şeyi dağıdıb tökməsini? Yoxsa emosiyalarını cilovlayıb təmkinlə problemi həll etmək üçün ağlını işlətməsini və düşdüyü vəziyyətdən çıxmağa çıxmağa isçalımýması
Buna görə də uşağınızı necə görmək istəyirsinizsə, özünüz də elə davranmalısınız. Çünki uşaqlar adətən hadisələr və öz emosiyaları qarşısında necə davranacaqlarını böyüklərin onlara yanaşması ilə təyin edirlər.