Amerikalı şairə Maya Angelou dörddə bir sikkəlik pula basılan ilk Afrika köklü qadın oldu
BBC-nin xəbərinə görə, Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi şairə Maya Angelou adına dörddə bir sikkə olan 25 sentlik pul basıb. Sikkələrin dövriyyəyə çıxması ilə tarixdə ilk dəfə bir Afrika mənşəli qadının adı və şəkli sikkənə görünmüş sayılır.
Şairə və icmimai xadim Maya Angelou həm də Bil Klintonun Ağ Evdə 1993-cü ildəki andiçmə mərasimində yazdığı şeiri səsləndirən ilk Afrika köklü qadındır.
Qeyd edək ki, alim, astronavt, qəbilə şefi, actimai xadim və aktrisalar da daxil olmaqla, lider qadınların şəkillərinin sikkələrə basılması “American Women Quarters” proqramı çərçivəsində həyata keçirilir.
İctimai fəal, şairə və yazıçı Maya Angelou 2014-cü ildə 86 yaşında vəfat edib.