Uşaqlara kitab seçərkən nələrə diqqət etmək lazımdır?
Dünyanı yeni-yeni kəşf etməyə başlayan uşaqlar üçün doğru kitab seçimi etmək çox önəmli məqamlardandır.
Şəkillərlə zəngin uşaq kitabları öz oxucularına yeni maraqlar kəşf etməyə, xəyal güclərini genişləndirməyə, söz bazalarını artırmağa kömək olur. Xəyal gücü qurmaq məsələsində kitablar uşaqlar üçün inanılmaz dərəcədə faydalı bir seçimdir. Kitablar xəyal gücünü genişləndirməklə yanaşı, uşaqların zehni inkişafına da olduqca faydalıdır. Bəs uşaqlar üçün kitab seçimində nələrə diqqət etmək lazımdır? Bütün uşaqlar üçün eyni kitablar faydalı ola bilərmi?
Bizimyol.infonun bu mövzu ətrafında suallarını “LİBRAFF” mağazalar şəbəkəsinin PR üzrə mütəxəssisi, vloger Sərxan Rüstəmov cavablayıb.
-Uşağın mütaliəsi nə vaxtdan başlamalıdır?
-Uşağın mütaliəsi ana bətnindən başlamalıdır. Birinci ana özü mütaliəyə hazırlıqlı olmalıdır. Alimlər müəyyənləşdiriblər ki, uşaq ana bətnindəykən 4-6 aylığından çöldə – ətraf aləmdəki səsləri eşitməyə başlayır. Yaxşı olar ki, ana hamilə ikən uşağına səsli kitablar oxusun. Uşaq bunu anlamaya bilər, amma ananın oxuduqları uşağın şüuraltına öz təsirini göstərir.
-Ən sevilən uşaq kitablarının özəllikləri nələrdir?
– Ümumilikdə, uşaqlara şəkillərlə zəngin kitablar daha çox maraqlı gəlir. Həmçinin də kitabda obrazlar nə qədər zəngin olsa, o qədər yaxşıdır. Eyni zamanda da bu zənginliklə paralel kitabı oxuyan, səsləndirən adam obrazların dili ilə danışmağı bacarmalıdır. Məsələn, heyvanlardan bəhs edən bir kitabdırsa, səsləndirən adam çalışmalıdır ki, kitabı həmin heyvanların səsini təqlid edərək oxusun, əks halda quru, maraqsız alınacaq.
Bol şəkilli, uşağın maraq dünyasına uyğun kitab seçmək lazımdır.
Digər məqam isə kitabların keyfiyyəti ilə bağlıdır. Düzdür, keyfiyyətli kitablar daha baha olur. Amma çalışmaq lazımdır vərəqləri qalın olan kitablar seçəsən. Çünki, uşaqlar adətən kitabları cırırlar.
-Düzdürmü ki, kitab vərəqləyərək böyüyən uşaqların xəyal dünyası daha geniş, yaddaşları daha qüvvətli olur?
– Əlbəttə ki, bu belədir. Eynişteynin belə bir fikri var ki: “Əgər uşaqlarınızın ağıllı olmasını istəyirsinizsə, onlara nağıl oxuyun. Yox, əgər uşaqlarınızın daha ağıllı olmağını istəyirsinizsə, onlara daha çox nağıl oxuyun”. Çünki nağıl dinləyən, sonrakı yaşlarda özü nağıl oxuyan uşaqların televiziya izləyərək, telefonla oynayaraq böyüyən uşaqlarla müqayisədə xəyal dünyası daha geniş olur. Uşaq nağılı oxuduqca səhnələr beynində canlanır, beyin daim işləyir. Amma televiziya izlədikdə beyin düşünməyə, səhnələr canlandırmağa əziyyət çəkmədən hazır görüntüləri qəbul edir. Bu da beynin getdikcə passivləşməsinə səbəb olur. Bunu nəzərə alsaq, kitab oxumağın böyük faydası var. Həmçinin onu da qeyd edim ki, kağız kitab daha yaxşıdır. Elektron kitab uşağın gözünə zərərli ola bilər. Həm də pedoqoqlar və psixoloqlar 3-4 yaşa qədər uşaqların elektron vasitələrdən uzaq tutulmasını tövsiyyə edirlər.

-Kitabla erkən yaşda tanış olan uşaqlarla müqayisədə kitabı gec kəşf etmiş uşaqlar arasında dərslərə diqqəti, dərslərdə bacarıqlı olmaları baxımdan hansı fərqlər müşahidə edilir?
-Burada bir məsələni vurğulayım ki, balansı qorumaq vacibdir. Uşağı erkən yaşdan çox yükləmək olmaz. Əks halda uşaq çox məlumatlı olur, məktəbə başlayanda öz yaşıdlarından çox bilir, məktəb həyatı ona maraqsız gəlir, sıxılır. Ona görə uşaq üçün mühit yaratmaq, kitabı sevdirmək lazımdır. Öyrənmə sevgisi aşılamalıyıq, öyrənməyi öz öhdəsinə buraxmalıyıq. Əslində uşağa çox şey öyrətməyimizə ehtiyac yoxdur. Öyrənmə sevgisi aşıladıqdan sonra o, özü öyrənməyə maraq göstərəcək.
Tanınmış türk psixoloq və yazar Doğan Cüceloğlu “Otuz milyon kəlimə” kitabını tövsiyyə edir. Kitab uşağın ilk üç yaşda – 36 ayda nə qədər çox söz eşitməsinin onun əqli inkişafına təsirindən bəhs edir. Artıq bəllidir ki, müxtəlif və çox söz eşitmək üşağın əqli inkişafına müsbət təsir edir, uşağın söz ehtiyyatını genişləndirir. Xüsusən də ana-ata savadlıdırsa, ailədə böyüklər kitab oxumağa, mütaliə etməyə, maraqlı diskussiyalara meyillidirsə, bu da uşağın söz ehtiyatının artmasında, əqli inkişafında öz müsbət təsirini göstərir.
– Bütün uşaqlar üçün eyni kitablar faydalı ola bilərmi, yoxsa individual yanaşmaq lazımdır?
– 2-3 yaşa qədər uşaq onsuz da uşaq oxunanı çox da anlamır. Amma biz oxuduğumuza diqqət etməliyik. Uşağı qorxudacaq, mənfi mesajlar ötürən, mənfi emosiyalar olan ifadələrdən qaçmaq lazımdır. Az yaşlı uşaqlarda mücərrəd anlayışı formalaşmadığına görə qorxulu – divlər və s. olan kitablar oxumaq məsləhət deyil. Daha çox real, onun düşünüb başa düşəccəyi kitablar oxumaq faydalı olacaq.
-Uşaqlar üçün doğru kitab seçimi necə olmalıdır? Nələrə diqqət etmək lazımdır?
– Mütləq valideyn kitab alarkən birinci, kitabı özü oxumalıdır. Yaxşı olar ki, valideyn kitab alarkən elə kitab mağazasında almağa niyyətləndiyi kitabı vərəqləyə. Bəzən olur ki, hansısa kitabda uşağın duyğu dünyasına uyğun olmayan ifadələr olur. Sətiraltı, mənfi mesajlar verilir, bu da uşağa pis təsir göstərə bilir. Onsuz da uşaq kitablarında yazı az olur, valideyn elə kitab mağazasında istədiyi kitabı oxuyub göz gəzdirərək seçim edə bilər.
-Valideynlər uşağın zövqünü necə müəyyənləşdirə bilər, yoxsa onsuz da zövqünü elə seçib oxuduqları kitablarla özləri müəyyənləşdirirlər?
– İlk vaxtlarda onsuz da uşaqlar kitaba elə də maraq göstərmir. Erkən yaşlarda kitab oxumaq, kitaba maraq yaratmaq çətin olur. Elə ki, bir müddət keçir, nələrisə özü dərk etməyə başlayır, o zaman özünün maraq göstərdiyi kitablar olur. Elə kitab olur ki, dəfələrlə onun oxunmasını istəyir. Məqsəd uşağa kitabı öyrətmək deyil, ona yeni sözlər eşitmək üçün mühit yaratmaq, mütaliə vərdişi aşılamaqdır.
3-4 yaşdan sonra müəyyən seçim formalaşa bilər. Amma valideyn mütləq diqqət etməlidir. Ola bilsin üz qabığı uşağa maraqlı gəlsin, amma elə də faydalı olmasın. Ona görə müəyyən müddət valideyn uşağın kitab seçmini diqqət mərkəzində saxlamalıdır.
Aləmdə Nəsib