Gender və seksuallıq ilə əlaqəli insan hüquqları məsələləri
Gender bərabərliyi əsas insan hüququdur. Ancaq insanlar çox zaman gender kimliyi və ya cinsi oriyentasiyası səbəbindən insan hüquqlarının pozulmasına məruz qalırlar. Əsas problemlərdən bəziləri, iştirak, cinsiyyətə əsaslanan zorakılıq, silahlı münaqişələr, yoxsulluq, həmçinin cinsi və reproduktiv hüquqlar ilə bağlıdır.
İştirak
Cinsə və gender kimliyinə əsaslanan ayrı-seçkilik dünyada geniş yayılmışdır. Bu ayrı-seçkilik əsasən qadınların cəmiyyətdə iştirak edə bilmə imkanlarını məhdudlaşdırır. Təhsil, məşğulluq, siyasi və ictimai qərarların qəbulunda tam və bərabər iştirak üçün əhəmiyyətli maneələr mövcuddur.
Bütün dünyada qızların oğlanlara nisbətən təhsilə daha az çıxış imkanını vardır; Ölkələrin 60%-ində ibtidai və orta təhsildə qızların sayı oğlanlara nisbətən daha azdır. Avropanın bir çox ölkəsinin təhsil sahəsində oğlan və qızların sayı bərabər olsa da – əslində ali təhsil müəssisələrində qadınlar daha çox üstünlük təşkil edir – gender tarazlığı dolğun gender bərabərliyi istiqamətində atılan addımlardan yalnız biri hesab edilir. Çox zaman qızların tam iştirakı üçün digər maneələr mövcud olur. Qızlar, əsas ən öz cinsi stereotiplərinə daha çox uyğun hesab edilən mövzuları (məsələn, elm və mühəndislikdən fərqli olaraq, incəsənət və humanitar yönümlü sahələri) öyrənmək üçün digərləri tərəfindən həv əsləndirilə bilərlər. Çox ehtimal ki, bunlar, əldə olunan nailiyyətlərin də fərqli olmasına səbəb olur. Məsələn, Avropada qızlar elm və texnologiya sahəsində daha aşağı dərəcələrə sahib olurlar, oğlanlar isə oxuma qabiliyyətinə gözlənildiyindən daha az nail olurlar.Məktəblərdə cinsi zorakılıq və təcavüz halları da geniş yayılmışdır.
İş yerlərində, xüsusilə də Avropada son on illliklər ərzində gender bərabərliyini təşviq edən qanunvericilik sahəsində böyük irəliləyişlərin əldə edilməsinə baxmayaraq, təcrübə də hələ də iş yerlərində ayrı-seçkiliyin olmaması ilə bağlı əminliklə danışmaq üçün bizim hələ çox uzun yolumuz vardır. Qadınlar çox zaman hansı işləri əldə edə biləcəkləri ilə əlaqəli, nə qədər vəzifə maaşlarının olması ilə bağlı və liderlik rollarına yüksələ bilmələri baxımından da ayrı-seçkiliyə məruz qalırlar. Məsələn, Avropa İttifaqında kişilər orta hesabla eyni iş üçün qadınlardan 17,5% daha çox qazanc əldə edirlər. Qadınlar həmçinin ofis yerlərində də cinsi təhdidlər və zorakılıqlar ilə rastlaşa bilərlər və ya həmkarları tərəfindən cinsi xarakterli zarafatlara və münasibətlərə məruz qala bilərlər. Bəzi qadınlar hamiləlik və ya doğum səbəbiylə təşviqatlara və ya işə qəbul edilməmişdir. Ailə məsuliyyətləri kişilər və qadınlar arasında bərabər bölüşdürülmür və nəticədə bu qadınların kişilərə nəzərən daha çox karyera fasilələsinin olmasına və tez-tez yarım ştat işləmələrinə səbəb olur. Bu hallar qadınlar təqaüddə olan zaman onların pensiya hüquqlarına da təsir göstərir.
Qadınlar siyasi proseslərdə əhəmiyyətli dərəcəd ə aşağı sayda təmsil edilirlər. Dünya əhalisinin təxminən yarısını əşkil etmələrinə baxmayaraq, dünya milli parlamentarilərinin 18.4%-i və dünya üzrə dövlət və ya hökumət başçılarının 17-si qadınlardır. 2011-ci ilin fevral ayında olan vəziyyətə əsasən Avropa İttifaqında yalnız iki qadın dövlət başçısı kimi və iki qadın da hökumət başçısı kimi fəaliyyət göstərirdi və milli parlamentl ərdəki gender balansı 24% qadın və 76% kişi kimi dəyərləndirilmişdi.7 Qadınlar Avropanın ən böyük şirkətlərinin yalnız 3%-nə prezidentlik edirlər.
Avropa ölkələri evlilik bərabərliyinin müxt əlif dərəcələrini təmin edir. Bəzi dövlətlər heteroseksual cütlüklərə üstün verən yanaşmanı aradan qaldırmışdır, bəziləri isə eyni cinsdən olan cütlüklər və ya biri və ya hər ikisinin transgender olduğu (eyni cins hesab oluna bilərlər) cütlüklər üçün evlilik və bənzər hallar üçün məhdud imkanlar təmin edir və ya ümumiyyətlə şərait yaratmır.
Gender-əsaslı zorakılıq
Gender əsaslı zorakılığa qadın və qızlara qarşı zorakılıqlar daxildir, lakin yalnız bu zorakılıqlarla da məhdudlaşmır. Qadınlara qarşı zorakılıq Avropada gender əsaslı şiddətin ən ciddi formalarından biridir. Qadınlar və qızlar ailəiçi şiddətə, təcavüz və cinsi zorakılığa, qadın genital orqanlarının zədələnməsinə (FGM), “namus” əsasında baş verən qətllərə, insan alverinə, qız uşaqlarının bir yaşından erkən öldürülməsinə və cinsi seçmə abortlar da daxil olmaqla bir çox müxtəlif növ zorakılıq formalarına məruz qalırlar. Qadınlara və qızlara qarşı zorakılıq dünyanın bütün cəmiyyətlərində davam edir və bütün sosial qruplara öz təsirini göstərir.
Emosional, fiziki və ya cinsi istismar formaları ilə müşahidə oluna bilən ailəiçi şiddət xüsusilə geniş yayılmışdır və bu, yalnız zorakılığa cəlb olunan qadın və kişilərə deyil, həm də bu hadisəyə şahid olmuş və ya səhvləri olan, təcavüzkarın qisasına uğrayan və ya sadəcə analarını qorumağa çalışan uşaqlara da təsir edir.
Bu, bir çoxları tərəfindən zorakılığın forması olaraq qəbul edildiyi halda, digərləri tərəfindən fahişəliyin tamamilə qanuni peşə olaraq qəbul edilməsi üçün lobbiçilik edilir. Bənzər parçalanmalar siyasət səviyyəsində mövcuddur. İsveç kimi bəzi ölkələrdə fahişəlik, fahişə qurbanları, alıcılar və həmçinin maddi cəhətdən fayda götürən digər şəxslərin fəaliyyəti qanuni olaraq cinayət xarakterli hesab edilmir. Bir sıra digər ölkələrdə fahişəlik xidmət kimi göstərilib və müəyyən hüquqi məhdudiyyətlər altında tətbiq oluna bilər.
Fahişəliyin əsasən gizli xarakterli olması səbəbindən, onunla əlaqəli tədqiqatlar hələ də nisbətən azdır. Buna baxmayaraq, araşdırmalara əsasən fahişələrin 90%-i əgər mümkün olarsa, fahişəlik etməyi dərhal dayandıracaqlarını bildirmişlər – bu vəziyyətdə qalmaq üçün güclü xarici təsirin olduğunu aydın şəkildə görünür. Eyni zamanda, fahişəliklə məşğul olmaq adətən şəxsin məlumatlı şəkildə qəbul etdiyi qərar olmur: fahişəlik içərisində olan qadınların 90%-dən çoxu uşaq olarkən cinsi və / və ya fiziki istismar edilmişlər və fahişəliyə cəlbedilmə ilə bağlı orta yaş təxminən 14- ə bərabərdir.
qadinkimi.az