Əfsanəvi Qaradağ köçəbə qadın qəhrəmanı: Məhliqa Xani
Məhliqa Xani ; Azərbaycanın At sürücü qadın qəhrəmanı
Məhliqa Xani Qardağ köçəbələrindən olan və qadın at sürücülərinin mitik qəhrəmanıdır. Məhliqa 25 il ardı ardı yenilmədən İranın Köçəbə qadın at sürmə yarışlarının qəhrəmanı oldu. Eyni zamanda 15 dövrədə, ardıcıl Azərbaycan köçəbə at yarışında “Qərəqiyə” Kəleybər vilayətində qəhrəman oldu. O, elə bir qadındı ki Qaradağ əhalisi ona ” Saray” adını veriblər. ” Saray” Azərbaycan şəfahi ədəbiyatında; “sevgi” və “vəfadarlıq” simvoludur.
Məhliqa 3 uşaq anasıdır və həyat yoldaşı xəstəlikdən ötürü 2 ildir ki yataqda yatır.
Bu müddətcə, Məhliqa Vərnik toxuyaraq öz ailəsinin başını saxlamışdı. Vurqulamaq gərəkir ki, at yarışlarının qəhrəmanı olan bu qadın, bəzən yarışlara qatılmaq üçün at bilə kirayəl edirdi. Elə zamanlar oldu ki pulsuzluğdan atına yəhər bilə alammırdı, Amma gənə qəhrəmanlıq məqamını, ayrısına biraxmadı. Məhliqa 1398ci şəmsi ildə rəqibinin diqqətsizliyindən ötürü yerə düşüb və ciddi şəkildə yaralandı . Beləliklə “Saray” kimin onun da acı bir sonu oldu: “Əfsanəvi Qaradağ köçəbə qadın qəhrəmanı.