Oğlanlarınıza sahib çıxın
“Qızlarınıza sahib çıxın” deyən bir toplum var bu cəmiyyətdə.
Oğlunuza sahib çıxın, oğlunuza!
Siz heç 5 yaşında oğlan uşağına təcavüz edən bir qadın görmüsüz? Ya da boşanmaq istəyir deyə yolun ortasında qırtlağı kəsilən bir kişi görmüsüz?
Nişanı qaytardı deyə, üzünə kimyəvi maddə atılan kişi görmüsüz?
Duyğularına qarşılıq verilmir deyə dəfələrlə bıçaqlanan kişi görmüsüz?
İlk öncə zorlanıb sonra yandırılan bir kişi gördünüz? Sevgilisi tərk etdi deyə maşında güllə ilə vurulan bir kişi eşitdiniz?
Hər gecə içib ərini döyən bir qadın gördünüz? Pulu çoxdu deyə məcburi kişini valdeyinləridən elçiliklə alan qadın görmüsüz?
GÖRMƏYƏCƏKSİZ!!!
O gün bir yaşlı kişi gəlinini güllələdi, biri maşın gedə-gedə həyat yoldaşını maşından asfalta atdı, hələ bunlar üzə çıxarılandı, çıxarılmayan nə vəhşiliklər var, 80% ailələr sanki evdə oğul yox, bir vəhşi heyvan böyüdüb, ancaq güclərini və kişiliklərini qadınlar üzərində göstərən vəhşi.
Qadınlar sizə görə öz ailələrindən imtina edib onunla yaşayır, bu da yetmir hətta olduğu şəhərdən, rayondan da imtina edib sizin yaşadığınız şəhərə köçür bu da yetmir, öz soyadlarından imtina edirlər, üstəgəl sizin bir çox ara qatan qohumlarınızın söz soxmaqlarına dözür, bəzi qaynanaların tikanlı sözlərini həzm edirlər.
Xeyri yoxdu yenə bir çox debillərə, ümumiyyətlə onlara görə qadın tam bir robot olub pultunu tamamən kişiyə verib yaşamamalıdı, bəlkə onda bu nifrətləri soyuya qadınlara, ya da bu bu tip kişiləri güllələməkdən başqa çarə yoxdur ki, genləri yayılmasın.
Təbriz İsmayılzadə
qadinkimi