Namus adına, Eşcinsəl olan ; “Əliriza Fəzlinin” qətli haqda
İranda, Namus adına bir can daha uçmaqa məhküm oldu.
Keçən günlərdə, İranda namus adına üz verən qan dondurucu cinayət, yüksək səviyədə toplum bilincini təsir altına alıb, xalq və sosyal şəbəkələrin reaksiyasına səbəb oldu.
Böyük bir kütlənin narahatçılığına səbəb olan bu qətlin qurbanı; bu dəfə cinsəl tərcihindən ötürü öldürülən “Əliriza Fazeli” idi.
20 yaşlarında olan bu gənç, İranın Əhvaz şəhrində yaşamqda idi. Gələn xəbərlərə görə; Əliriza, özəl durumundan ötürü əsgərə getməkdən muaf olmuşdu. Ama muafiyyət bəlgəsində, bir “eşcinsəl” olduğunu yazması, onun canından etti . Xəbər qaynağlarına görə; Əlirizanın əmisi oğlu ve qardaşı bu qonuyu bildikdən sonra, sözdə qara ləkəni ailələrindən sildirmək hədəfiylə onu öldürüb, cəsədini bir xurma ağacının altına attığdan sonra, anasına zəng açıb, onu öldürdük diyə xəbər verdilər. Bu olay o halda üz verip ki, bir neçə gün sonrası Əliriza, İrandan çıxaraq öz azadlığına qavuşacağdı. Amma nə yazıq ki ailəsinin cəhl və çürümüş tabularına qurban getti. Vurqulamaq lazım ki ,Bu dəhşət dolu cinayət əvvəl dəfə dəyil ki İranda üz verir. Namus adına babası tərəfindən boğazı kəsilən yeni yetmə çağında olan “Romina Aşrəfi” cinayəti də, elə buna bənzər bir cinayət idi. Üzücü tərəf budur ki , İran İslam qanunlarında, namus adına üz verən cinayətlərdə, keyfəri açıdan, məhkümlərə az bir cəza verilir, ve yaxud qıssa müddətdən sonra təbrəə olurlar . Buda bunu səbəbə olur ki; biriləri özlərini digər insanların sahabı kimi alqılayıb və toplumda, xususən,qadın,uşaq və eşcinsəllərə qarşı şiddət əyilimli vaqəələr gün bə gün çoxala .
Biz “Türk Qadın Mərkəzi” olaraq “Aliriza Fazeli” cinayətini qınayıb, bu cinayəti işləyənlərə ən ağır cəzalar verilməsini tələb edirik. Bu vasitə ilə bəlkə az bilə olsa xalqın vicdanı rahatlaya bilər.
“Türk qadınlar mərkəzi”
10.05.2021