Türk Qadın Mərkəzinin 25 noyabr qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda Beynəlxalq mübarizə günü münasibətilə xüsusi müsahibəsi
1999-cu ildə BMT Baş Məclisi 25 noyabrı qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda Beynəlxalq mübarizə günü elan etmiş və hökumətlərə, beynəlxalq və qeyri-hökumət təşkilatlarına təklif göndərmişdir ki, ictimaiyyətin diqqətini bu problemə yönəltmək üçün həmin gün genişmiqyaslı tədbirlər keçirsinlər.
Türk Qadın Mərkəzi olaraq hər il bu günü müxtəlif tədbirlər ilə qeyd edirik və yaşadığımız ölkələrdəki aktiv qadınlardan birini dəvət edirik . Adətən qonağımız bu gün haqda öz düşüncələrini və gəldiyi ölkə haqda və ya yaşadığımız ölkələdə bu problem haqqında düşündükləri öyrənməyə çalışırıq.
Yaxında 1960-cı ildə Dominikan Respublikasında diktator Rafael Truxilyonun əmri ilə Mirabal bacıları – Minerva, Patriya Mariya və Tereza vəhşicəsinə öldürülmüşdür. Bu siyasi fəal qadınlardan qurtulmaq istədiyi zaman meydana gələn güya bir “avtomobil qəzasında” öldürüldüyündən bu yana tam 60 il keçəcəkdir.
Qadınlara qarşı zorakılıq dünyanın hər yerində yayılmışdır və bütün cəmiyyətlərə, mədəniyyətlərə xas haldır. Qadınlar irqindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, yoxsulluğundan və ya varlılığından, digər hallardan asılı olmayaraq, zorakılığa məruz qalırlar. Bu problemin öhdəsindən hətta inkişaf etmiş ölkələr də gələ bilməmişlər. Lakin cəmiyyət belə rüsvayçılığı necə dayandırmaq yollarını tapmağa daim çalışmalıdır. Onlardan biri də təkcə noyabrın 25-də deyil, həmişə və hər yerdə bu problemdən daim danışmaq, onun həlli üçün tədbirlər görməkdir.
Bu gün Rachel Rusom Türk Qadın Mərkəzində xüsusi qonağımızdır. 18 il əvvəl Eritreyadan Norveçə köçdükdən sonra özü və burada Norveçdə gördüyü işlər barədə bir az danışacaq. Evlidir və üç evlad anasıdır.
Simin -Xoş gəlmisiniz Rachel. Sizin qonağımız olduğunuzu və Bergendə yaşadığınızı söylədim, amma özünüzü tanıtmağınızı və fikirlərinizi bu qlobal problem və problemin yaxşılaşması üçün nə edə biləcəyimizi izah etməyinizi istəyirəm. Norveç hələ də bu haqda mübarizə aparan və qadınlara qarşı şiddətdən bəhs edərkən uzun bir yol qət etdiyinə baxmayaraq 2000 ilə 2019 dövründə 150-dən çox qadın ailə şiddəti və buna bənzər hadisələr zamanı öz həyatlarını itiribdir.
Rachel- Mən Rachel Rusom Askøy qırmızı xaç nəzdində “qadın kafesi” adı ilə fəaliyyət göstərən dərnəyin lideriyəm və fərqli kökəndən olan qadınlar üçün şəbəkə lideriyəm. İndi 25 Noyabrda Qadınlara qarşı Zorakılığa son və bu global bəşəriyyətin problemini qaldırılması gününü ki BMT tərəfindən elan olunub qeyd edəcəyimiz işlərlə məşğulam. Bu il korona pandemiyası səbəbiylə bir az xüsusi olacaq, ancaq keçən il anayol boyunca şam yandırdıq və bu şəkildə həyatını itirən qadınlar üçün Asköy-də anma mərasimi qeyd etdik. Ehtimal ki, bütün Asköy sakinlərinə görünürdü.
Eləcədə müxtəlif dillərdə telefon nömrəsi yazılmış bir etiket hazırlamaq niyyətindəyik ki, zorakılığa məruz qalan qadın və ya bu kimi hadisələrə şahid olanlar tamamilə anonim şəkildə bu halda məsuliyyətli qurumlarla əlaqə qura bilsinlər. Etiketlər Polşa, Türk, İngilis, Ərəb, Fars və Tigrinya dillərindən olacaqdır. Sonuncusu ya Tigrinya Dili mənim gəldiyim Eritreya dillərindən biridir. Bu il bəzi məhdudiyyətlər olmasına baxmayaraq, yenə də bu günü müxtəlif tərəflərdən gəldiyimiz qədər bacardığımız qədər qeyd etmək istəyirik və gəldiyimiz ölkələrdə ailədə qadınlara qarşı şiddət təcrübəsi çoxdur.
Simin- Norveçdəki vəziyyətin necə olduğunu haqda nə diyə bilərik, qeyd etdiyim kimi 2000 – 2019-cu illərdəki statistikadan nə başa düşürsünüz. Mən gəldiyim ölkədə bu cür hadisələr demək olar ki heç bir zaman polisə bildirilmir və əksər hallarda “qəza, dramatik ev hadisəsi, hündürlükdən yıxılma , təndirə düşmə və ya buna bənzər bəzəklər ilə ört basır olur. Əsasən köhnə adət ənənəyə əlaqəli bir şey var bu arada. Bunu” qətl “kimi görünməməyə cəhd edilir və dediyim kimi hadisə statusu verilir. ”Ailənin namusuna” görə və s. bilmirəm. Ancaq Norveçdə şiddət və qətlin səbəbi nə olduğunu düşünə bilmirəm?
Rachel- Norveç demokratik bir ölkə olsa da, təəssüf ki, bu cür hadisələr burdada tamamilə açıq və olduğu kimi görünmür. Xüsusilə qaçqın bir keçmişi olan xarici qadınlara gəldikdə, evdə bir qadının döyülməsinin qəbul edilən bir şəkildə normalizə olmasın görürük. Bir şəkildə bu qadının evdəki hər şey üçün məsuliyyət görürməsi və ara sıra hətta hizmətçi kimi baxılıb aşağalanıb bəzən döyülməsi sanki məqbuldur!
Simin- Uşaqları himayə dərnəyi ilə iş birliyi edən siz təcrubənizə əsaslanaraq hansı şiddət növünü tanıyırsınız? Ümumi nümunələriniz varmı?
Richel – Bu haqda işdən susma və məxfilik vəzifəsinə görə dəqiq nümunələr verə bilmərəm. Ancaq əksər hallarda fərqli kökənli və fərqli adət ənənəyə sahib ailələr çox zaman yalnış anlaşılmazlıqlar məhz bena görə burada baş verir və belə olduğu zaman mənim kimi işçi vətərcüməçilər bunu anlaya bilirlər. Bununla yanaşı, fərqli mənşəli ailələr arasında qadınlara qarşı şiddətin burada Norveçdə də qəbul edildiyi və normallaşdırıldığı təcrübəsi var, təəsuflə.
Simin- Vaxtı ilə növbətçi bir həkim olaraq, ərlərinin bəzən qadınlara qarşı zor tətbiq etdiyi və bunun üçün növbətçi həkimə müraciət edən bir çox qadınla qarşılaşdım. Ancaq polisə bu hadisəni bildirməsini istəməyən bu qadınlar məni çox vaxt təəccübləndirirdi. Bu mənim üçün tamamilə anlaşılmazdı. Bu qadınlar bəzən bu partner deyilən şəxslər tərəfindən asanlıqla manipulyasiya olunduqları üçün susurdular ona görə ki əslində bu bir dəfə yox dəfələrlə müraciət edən qadınlar listədə varidi. Lakin, xüsusən də mənim gəldiyim orta şərqdə buna “ailə problemidir və əsas ailədə həll edilməlidir” deyilir və qadınlar tərcihen polisə ya başqa şikayət edilə biləcək organlara getməməlidir təlim alıblar. Buna, həqiqətən, çox əhəmiyyət vermədən şiddəti eşidə bilən və şahidi olan qonşular tərəfindən belə tolerans göstərilir. Bu bəzən faciə ilə sona gəlir onda ki uşaqlar gəlib qonşunu çağırı ki “Məncə anam öldü!” .
Başqa bir şey budur ki, qadınlar tez-tez bu qədər asanlıqla boşanmağı bacara bilmirlər və səbr edib bütün bu şiddəti udmaq məcburiyyətində qalırlar oda bu ölkələrdə qadının olduqca zəyif iqtisadi vəziyyətidir. Dövlətin və ərin dəstəyi olmadan boşanan və uşaqları çətinliklə idarə edənlər ailələri tərəfindən belə çox vaxt xoş qarşılanmırlar və həmin zorakılıq hökm edən vəziyyətə dönməli olurlar. Qanunlar yazılı ya el adətlərinə görə qadının yox kişinin lehinə və onu nəzərdə alıb qurulduğu üçün hüqüq belə qadınlardan yana olmur. Bəs “tənha ananın” bir çox başqa ölkəyə nisbətən yaxşı dolanış vəziyyəti olduğu Norveçdə niyə bir çox qadın susur sizcə?
Rachel- Doğrudur sin Bir cox məsələyə barmaq qoydunuz . Xarici ailə məsələsinə gəldikdə, Norveçə köçmən qadınlar burada da diqqətli olurlar, çünki onlar qorxurlar ailə zorakılığına siqnal verdiyi təqdirdə devlət gəlib uşaqların onlardan alar və uşaqları qoruma dərnəyi ilə üzbəüz olarlar və ya belə halları burada baş verdiyini gəldikləri ölkələrdə eşitsələr, ölkədəki ailəyə böyük bir ayıb olduğunu düşünürlər. ” evliliyini pozdular ” diyə bir utanc mənbəyi olmağı riskini gözə almaq istəmirlər!
Simin- Hazırladığın etiketlər nədir?
Rachel- Orda yazımışıq” Ailə zorakılığının qurbanı ya şahidisinizmi? Bizə zəng edin”.
Xüsusilə karantin tətbiq olunan korona dövründə evdə həm uşaqlara, həm də qadınlara qarşı şiddətin artacağını gözləyirdik.
Simin – Tamamilə doğrudur. Korona pandemiyasından bir neçə ay sonra, Dünya Səhiyyə Təşkilatı bütün ölkələrə uşaqlara və qadınlara qarşı məişət zorakılığının artmasına görə xəbərdarlıq etdi.
Bu günün münasibətilə danışmaq istədiyiniz başqa bir şey varmı?
Rachel- Kökənindən, dərisinin rəngindən və dindən asılı olmayaraq həmrəy olmağımız vacibdir. bu çətin günlərdə bir-birimizin çiyninə vurmalıyıq və birbirimizə dəstək olmalıqyıq. Hər iki halda birlikdə danışmalı və bu günü qeyd etməliyik. Birgə həll yolları tapa bilərik bunn unutmamalıyıq.