FEMİNİZM HƏR KƏS ÜÇÜNDÜR: BƏDƏNLƏRİMİZ, ÖZÜMÜZ
FEMİNİZM HƏR KƏS ÜÇÜNDÜR: BƏDƏNLƏRİMİZ, ÖZÜMÜZ
Bell Hooks
Azərbaycan Türkcəsinə Uyğunlaşdıran: Türkan Urmulu
5-inci Bölüm:
Bədənlərimiz, Özümüz
Doğuşa Dair Haqlar
Günümüzün feminist hərəkəti başladığında, ələ alınması ən uyğun görülən məsələlər birbaşa, (bir çox maddi anlamda da imtiyazlı olan) yaxşı eyitim almış, ağ dərili qadınların təcrübələrinə bağlı idi. Feminist hərəkət vətəndaşlıq hərəkətinin və cinsəl özgürləşmənin izini təqib etdiyi üçün, o dönəmdə qadın bədəni qonusundakı məsələləri önplana almağı daha uyğun gördü. Kütlə mediası, feminist hərəkəti Amerika gözəllik yarışmasının qutlama törənlərində büstqalterlərini yandıran qadınlar ilə başlayıb abort sırasında gözləyən qadınlar ilə davam edən bir hərəkət olaraq sunmağı seçdi, amma hərəkətin oluşumunu sürətləndirən məsələlərdən biri cinsəllik idi və burada sözqonusu olan, qadınların cinsəlliklərini nə zaman və kiminlə yaşayacaqlarını seçmə haqları idi. Sosyalist hərəkət və ya vətəndaşlıq haqları hərəkəti, bütün radikal hərəkətlərdə, qadın bədənlərinin cinsəl sömürüsü çox rastlanan bir durum idi.
Cinsəl devrim olaraq adlandırılan hərəkət zirvədəykən, (genəldə istənilən şəxslə istənildiyi qədər cinsəl ilişki anlamına gələn) özgür eşq məsələsi qadınları istənilməyən hamiləlik sorunu ilə üz- üzə gətirirdi. Özgür eşq məsələsində toplumsal cinsiyyət eşitliyinin yaradılması üçün qadınların öncəliklə güvənli, etkili doğum kontrol yöntəmlərinə və aborta ehtiyacları var idi. Sinifsəl imtiyaza sahib olan ağ dərili qadınlar, şəxsi olaraq genəlliklə bu güvənliyi yarada bilirdilər, amma bir çox qadının belə bir imkanı yox idi. Gənəlliklə sinifsəl ayrıcalığa sahib olan qadınlar da istənilməyən hamiləlik durumundan çox utandıqları üçün güvənli tibbi haqlarından yararlana bilmirdilər. 1960-cı illərin sonlarında və 1970-ci illərin başlarında abort haqqı üçün mübarizə edən qadınlar, yasal olmayan yollar ilə gerçəkləşdirilən abort tragediyalarını və istənilməyən hamiləliklərin sonucu olaraq zorla olan evliliklərin yaratdığı iztirabı görmüşdülər. Bir çoxumuz, yaşamları planlanmamış və istənilməyən gəbəliklər ilə alt- üst olan yetənəkli, yaradıcı qadınların uşaqlarıydıq. Analarımızın, həyatdakı alın yazılarına qarşı duyduqları narahatlığa, xəyal qırıqlığına və acıya tanıq olduq. Qadın və erkəklər üçün gerçək cinsəl özgürləşmənin, daha yaxşı və güvənli doğum kontrol yöntəmləri, güvənli və yasal abort haqqı olmadan gerçəkləşəməyəcəyindən arxayın idik.
Geriyə dönüb baxdığımız zaman, bir bütün olaraq doğuşa dair haqlardan çox abortun önplana çıxarılması, hərəkətin ön sıralarına yer alan qadınların sinifsəl ön yarqılarının bəlirləyici olduğunu göstərir. Abort məsələsi bütün qadınları ilgiləndirsə də, doğuş ilə ilgili, kütlələri hərəkətə keçirməkdə faydalı olan və önəmsənməsi gərəkən, başqa yaşamsal məsələlər də var idi. Bu məsələlər, təməl cinsəl eyitimdən doğum öncəsi baxımına, qadınların qoruyucu həkimliyə, zorla uyğulanan qısırlaşdırmağa, gərəksiz sezar etmək vəya rəhmin əməliyatla alınmağına və bunların yol açdığı tibbi fəsadlara qədər uzanırdı. Sinifsəl imtiyaza sahib olan ağ dərili qadınlar, bu məsələlər arasında ən çox istənilməyən hamiləliyin yol açdığı acı ilə özdeşləşir və abort məsələsini ön plana çıxardırdı, amma güvənli və yasal aborta çatmağa ehtiyacı olan tək qrup onlar deyildi. Daha öncə də bəlirtildiyi kimi, yoxsul və işçi sinifindən olan qadınlara qiyasla abort etdirmək şansları daha yüksək idi. O günlərdə, qara dərili qadınlar da daxil olmaq üzərə yoxsul qadınlar genəldə qeyri- rəsmi olaraq abort etdirməyin yollarını axtarırdılar. Abort haqqı, sadəcə ağ dərili qadınların məsələsi olmadığı kimi Amerikalı qadınların bir çoxu üçün, doğuş ilə ilgili tək vəya ən önəmli məsələ də deyildi.
Bir çoxu cinsiyyətçilik müxalifi olmayan erkək bilim insanlarının tərəfindən də eləşdirilən, təmamən güvənli olmasa da etkili doğum kontrol həbləri, qadınların cinsəl özgürləşmə mübarizələrində abort haqqından daha etkili olubdur. Doğum kontrol həbləri ilk dəfə yayqın bir şəkildə işlətilməyə başlandığında mənim kimi iyirmi yaşa yaxınlaşmış olan qadınlar, istənilməyən hamiləliklərin qorxusundan və utancından qurtulmuşdular. Sorumlu bir şəkildə uyğulanan doğum kontrolu, mənim kimi, qadınların abort seçimi haqqını savunan, amma özü üçün abortu çox da tərcih etməyən qadınları, bu sorunla şəxsən üzləşməkdən qurtarmış oldu. Mən, cinsəl özgürləşmənin ən parlaq dönəmində, istənilməyən hamiləlik sorunu ilə heç qarşılaşmadım, amma dostlarımın çoxu düzənli olaraq işlədilən doğum kontrol həbləri ilə qiyasla abortu daha yaxşı bir seçənək olaraq gördülər. Çox vaxt, abort bir doğum kontrol yöntəmi olaraq işlədilir. Hər zaman işlətmək, qadının aktiv bir cinsəl yaşam yönündəki tərcihi ilə birbaşa üzləşməsi anlamına gəlir. Erkəklər doğum kontrolu qonusunda diqqət edən qadınları genəlliklə yüngül qadın olaraq görürdülər. Bəzi qadınlar üçün cinsəl anlamda işləri axımına buraxmaq və “sorun”u sonra abortla çözmək daha rahat olurdu. Bu gün, çox təkrarlanan abortun da, uzun sürə işlədilən yüksək dərəcədə östrojen içərən doğum kontrol həblərinin də risksiz olmadığını bilirik. Yenə də qadınlar cinsəl özgürlüyə ulaşmaq və öz seçimlərini özlərinin etməsi haqqına sahib olmaqları üçün risk almağı üstün görürlər.
Abort məsələsi, kütlə mediasının ilgisini çəkdi; çünki Xiristianlığın kökdənçi(radikalist) düşüncə biçiminə gerçəkdən də meydan oxudu. Bir qadının varlıq nədənin uşaq böyütmək olduğu düşüncəsinə birbaşa qarşı çıxırdı. Abort məsələsi, toplumun ilgisini qadın bədəninə elə yönəltdi ki başqa heç bir məsələ bu qonuda daha başarılı ola bilməzdi. Birbaşa kilsənin qarşısında dururdu. Sonralar kütlə mediası feminist düşüncələrin diqqət etdiyi, doğuş ilə ilgili başqa məsələləri genəlliklə görməzdən gəldi. Qadınların sezar etməkdə və rəhmin çıxardılmağından dolayı çəkdikləri çətinliklər kütlə mediası üçün maraqlı deyildi. Çünki bunlar, qadınların bədənini kontrol altına alan və bu bədənlər ilə nə etmək istərsə onu edən kapitalist, ataərkil və erkək egəmən tip sistemini gündəmə gətirirdi. Bu alanlardakı toplumsal cinsiyyət ədalətsizliyinə odaqlanmaq, çox muhafizəkar və çox antifeminist duruşunu bu gün də sürdürən kütlə mediası üçün, çox radikal bir addım olardı.
1960-ci illərin sonlarındakı və 1970-ci illərin başlarındakı feminist aktivistlər, biz qadınların 1990-ci illərində doğuşa dair haqlarla ilgili bir mübarizə aparmaq məcburiyyətində qalacağımızı düşünə bilməzdilər. Feminist hərəkət, nisbətən az riskli doğum kontrol yöntəmlərini qəbul etdirmək ilə birlikdə, güvənli və yasal abort haqqını qazandıran bir kültürəl devrim gerçəkləşdirdikdən sonra, qadınlar bu haqların bir daha sorğulanmayacağını düşündülər. Örgütlü, radikal feminist kütlə əsaslı politik hərəkətin bitməsi, dini kökdənçi biçimdə yorumlayan örgütlü sağ qanad politik cəbhənin anti-feminist tərzi ilə birləşincə, abort yenidən siyasi gündəmə gətirildi. Qadınların seçim haqqı artıq sorğulana bilən hala gəlmişdi.
Aborta qarşı olan platform, təəssüflə ən çox da dövlətin qarşıladığı, ucuz və gərəkdiyində pulsuz edilən abortu hədələyibdir. Sonuc olaraq, maddi anlamda zərərli durumda olan qadınlar acı çəkərkən, hər irqdən sinifsəl imtiyaza sahib olan qadınlar, güvənli aborta əl tapmaq şansını, yəni seçim haqqını əlində tutmaqdadır. Doğuşa dair haqlarla ilgili tibbi baxım üçün hökümət dəstəyi olmadığı zaman, yoxsul və işçi sinifinə mənsub olan qadınlar abort etdirmək olanağını itirməkdədir. Abort çox böyük pullar qarşılığında edilməyə başlandığında, sinifsəl imtiyaza sahib olan qadınlar özlərini təhlükədə his etməyir, çünki hələ də abort etdirə bilərlər. Ancaq çox vaxt qadının sinifsəl gücü olmur. Bu gün əskisindən daha çox qadın, yoxsulların və möhtacların siniflərinə qatılır. Güvənli, ucuz və ya pulsuz abort haqqı olmadan, bədənlərinin üstündəki bütün kontrolu əldən verirlər. Abort, sadəcə çox pulu olanlar tərəfindən edilə bilər hala gəlirsə, abortu yasadışı etməyi hədəfləyən toplumsal politikalara geri dönmək riskini daşıyırıq demək. Bu, bu anda onsuz da bir çox mühafizəkar ölkədə gerçəkləşir. Hər sinifdən qadın, abort güvənli, yasal və hər qadının alım gücünə uyğun hala gətirmə mübarizəsinə davam etməlidir.
Qadınların abort etdirib etdirməməyi seçmə haqqının olması, doğuş özgürlüyünün yanlızca bir boyutudur. Doğuşa dair hansı haqların daha önəmli olduğu, qadının yaşına və yaşam şərtlərinə görə dəyişər. iyirmi və otuz yaşlarında, cinsəl anlamda aktiv olan və doğum kontrol həblərini güvənsiz görən bir qadın, bir gün istənilməyən gəbəlik sorunu ilə üzləşə bilər və yasal, güvənli və hər qadının alma gücünə uyğun abort haqqı, onun üçün ən önəmli doğuş məsələsi halına gələ bilər, amma menopoz çağına gəldiyində və doktorlar rəhminin alınması gərəkdiyini söylədiyində, bu, doğuş dair ən önəmli haq məsələsinə dönə bilər.
Bizlər kütləsəl femminist hərəkəti yenidən canlandırmanın yollarının arayarkən doğuşa dair haqlar da feminist gündəmin mərkəzində qalacaqdır. Biz qadınlar bədənimiz ilə ilgili seçim etmə haqında sahib olmasaq, yaşamımızın başqa alanlarında da haqlarımızdan vaz keçmək riski doğular. Yenilənmiş feminist hərəkətdə, doğuşa dair haqlar digər hər hansı bir məsələ qarşısında öncəlik qazanacaqdır. Bu, yasal, güvənli və hər qadının alma gücünə uyğun abort haqqı mərkəzdə olmayacaq anlamına gəlmir; amma mərkəzə alınan tək məsələ də bu olmayacaqdır. Hər qadın cinsəl eyitim, qoruyucu həkim və doğum kontrol yöntəmlərinə rahatlıqla əl tapa bilərsə, çox azımız istənilməyən gəbəliklər ilə qarşılaşarıq. Sonuc olaraq, abort etdirmə ehtiyacı azalır.
Yasal, güvənli, hər qadının aldırmaq gücünə uyğun olan abort məsələsində yenilmək, qadınların doğuşa dair haqlarının bütünü qonusunda yenilməsi anlamına gələcəkdir. Abort qarşıtı hərəkət, radikal anti-feminist bir hərəkətdir. Bu qadının, şəxsi olaraq abort etdirməmə haqqı vardır. Ancaq, feminist hərəkətə bağlılıq, seçim tərəfdarı olmaq, abort etdirmə ehtiyacı olan bir qadının bunu etdirmə ya da etdirməməyi seçmə haqqını savunmaq anlamına gəlir. Etkili doğum kontrol yöntəmlərinə hər zaman sahib olmuş, dolayısıyla yasadışı yollarla edilən abortların yaratdığı tragediyaları heç görməmiş gənc qadınlar, qadınların doğuşa dair haqlara sahib olmamaları halında necə gücsüz və sömürüyə açıq hala gələcəklərini heç təcrübə etmədilər.
Hər yaşdan qadınların və mübarizəmizdə bizə dəstək verən erkəklərin bu haqların nədən önəmli olduğunu görmələri üçün, “doğuşa dair haqlar” başlığı altında yürüdüləcək ətraflı bir dartışmanın olması gərəkir. Bu anlayış, bizim, doğuşa dair haqları bütün qadınlar üçün bir gerçəklik olaraq qorumaq sözümüzün əsasıdır. Özgürlüyümüzü qorumaq və sürdürmək üçün, doğuşa dair haqlara feminist bir şəkildə odaqlanmaya ehtiyac vardır.