FEMİNİZM HƏR KƏS ÜÇÜNDÜR: ƏLƏŞDİRƏL BİLİNCƏ YÖNƏLİK FEMİNİST EYİTİM
FEMİNİZM HƏR KƏS ÜÇÜNDÜR: ƏLƏŞDİRƏL BİLİNCƏ YÖNƏLİK FEMİNİST EYİTİM
Bell Hooks
Azərbaycan Türkcəsinə Uyğunlaşdıran: Türkan Urmulu
Dördüncü Bölüm:
Ələşdirəl Bilincə Yönəlik Feminist Eyitim
Qadınlar, feminizmi qadın araşdırmaları dərslərindən, feminist ədəbiyyatdan öncə, qruplardan öyrəndilər. İçində cinsiyyətçilik analizini, ataərki ilə mübarizə stratejilərini və yeni toplumsal etkiləşim modellərini barındıran feminist teorinin ilk yaradıcıları da bu qruplarda yer alan qadınlar idi. Həyatda gerçəkləşdiridyimiz hər eyləmin qaynağında teori vardır. İstər bəlirli bir baxış açısına sahib olmağımızın nədənlərini bilincli bir şəkildə incələyək istərsə bəlli bir addım ataq, altında düşüncə və pratiklərimizi biçimləndirən bir sistem yatar. Feminist teorinin ilk zamanlarında əsas hədəfi, cinsiyyətçi düşüncənin necə işlədiyini və onunla necə başa çıxıb onu necə dəyişdirə biləcəyimizi həm qadınlar həm də erkəklərə açıqlamaq idi.
O zamanlar çoxumuz valideynlərimiz və toplum tərəfindən cinsiyyətçi düşüncəni qəbul etmək üzərə toplumsallaşdırılmışıq. Dərk etdiyimiz məsələlərin köklərini anlamaq üçün yetərincə zaman ayırmamışdıq. Fəqət feminist düşüncə və teori bizi buna məcbur etdi. Başlarda feminist teoriyə ya qulaqdan dolma bilgilər ilə ya da ucuz yoldan hazırlanmış bulten və ya broşurlar ilə çata bilirdik. Qadınların etdiyi (qadınların yazdığı, basdığı, bazarlama daxil istehsalın hər aşamasını kontrol edirdi) yayınçılığın gəlişməsi feminist düşüncənin yayılmasına ortam yaratdı. 1970 on illiyində yazdığım və 1981də yayılan Aint İ a Woman: Black Women and Feminism (Mən Bir Qadın Deyiləmmi: Qara Dərili Qadınlar və Feminizm) adlı ilk kitabım, “South End Press” adlı ən az yarısı feminist qadınlardan oluşan və bütün üyələri cinsiyyətçiliyə qarşı olan kiçik bir sosyalist kollektiv tərəfindən yayınlanmışdı.
Bütünlüklə bir feminist ədəbiyyat yaratmanın yanında qadın tarixinin ortaya çıxarılmasını tələb etmək günümüz feminizminin ən güclü və ən başarılı müdaxilələrindən biri idi. Tarixə baxdığımızda ədəbiyyatın və akademik çalışmaların hər alanında qadınların yaratdığı əsərlərə, toplumsal cinsiyyət ayrımçılığı səbəbi ilə ya heç diqqət edilməyib ya da çox az ilgi çəkibdir. Feminist hərəkətin öyrətim kitablarındakı önyarqıları ortaya çıxarmağa başlaması ilə, bu unudulmuş və göz ardı edilmiş əsərlərin çoxu göz ilə görünər bir biçimdə yenidən kəşf edilmişdir. Ali təhsil məktəbləri və universitələrdə qadın araşdırmaları proqramlarının oluşdurulması qadın əsərlərinə odaqlanan akademik çalışmalara qurumsal bir qəbul edilmişlik qazandırmışdır. Qara dərili çalışmalarının oyanışını təqib edən qadın çalışmaları, toplumsal cinsiyyət və qadınlar haqqında önyarqısız bilgi əldə edə biləcək bir sahə olmuşdur.
Populyar kilşə fikirlər tərsini iddia etsə də qadın araşdırmaları siniflərindəki ustadlar, erkəklər tərəfindən ortaya qoyulmuş əsərləri aşağılamırdı və bu gün də aşağılamır. Bizlər, qadınların yaratdığı əsərlərin erkəklərinki qədər keyfiyyətli və ilginc – hətta bəzən daha keyfiyyətli və daha ilginc- olduğunu göstərərək cinsiyyətçi düşüncəyə müdaxilə edirik. Erkəklərin oluşdurduğu o böyük ədəbiyyat, estetik dəyər biçmə qonusunda var olan önyarqıları gözlərin önünə sərgiləmək amacı ilə ələşdirir ancaq. Bu ana qədər, erkək əsərlərinin önəmsiz ya da əlaqəsiz göründüyü bir qadın araşdırmaları dərsi nə aldım nə də belə bir dərsin olduğunu eşitdim. Feminist açıdan edilən ələşdirilər, hamısı erkək otoritələri tərəfindən oluşdurulmuş akademik ya da ədəbi əsərlərdəki toplumsal cinsiyyət təməlli önyarqıları ortaya çıxartdı. Bu önyarqıların ortaya çıxarılması ilə, qadın əsərlərinin haqqının verilməsi üçün qadınlar tərəfindən və qadınlar haqqında yazılacaq yeni əsərlər üçün bir sahə oluşdurulmuşdur.
Feminist hərəkət, akademiyə girməsi ilə birlikdə sürətləndi. Ölkənin hər tərəfində olan siniflərdə gənc beyinlər feminist düşüncəni öyrənmək, feminist teorini oxumaq və bunları akademik araşdırmalarında işlətmək fürsətinə sahib olurdular. Lisans üstü eyitim zamanında tez hazırlığına girişdiyimdə, feminist düşüncə məni o zamanlar çox oxunmayan qara dərili qadın yazar Toni Morrison haqqında yazmağa yönəltdi. Feminist hərəkətdən öncə, qara dərili qadın yazarlar haqqında edilən ciddi akademik incələmələrin sayısı gerçəkdən çox az idi. Alice Walker tanınmağa başladıqdan qısa bir zaman sonra Amerika ədəbiyyatını ən sayğılı qara dərili qadın yazarı olaraq anılacaq olan Zora Neal Hurstonun əsərlərinin yayınlanması üçün sərf etmişdir. Feminist hərəkət, qadınların akademik çalışmalarına sayğı duyulmasını, əsərin keçmişdəki və günümüzdəki dəyərinin təslim edilməyini, öyrətim kitablarında və pedaqojidə toplumsal cinsiyyətin gətirdiyi önyarqıların yox edilməyini tələb etməklə bir devrim yaratmışdı.
Qadın araşdırmalarının qurumsallaşması, feminizmin varlığının və mesajinin daha geniş kütlələrə çatmağına yardımçı oldu. Açıq zehinli və sürəkli bir kütlə yaradaraq insanların dönüşdürülə biləcəyi qəbul edilən bir sahə yaratdı. Qadın araşdırmaları dərslərinə qatılan öyrəncilər, gerçəkdən öyrənmək üçün ordaydılar. Feminizm qonusunda daha çox şey bilmək istəyirdilər. Bir çoxumuzun da politik anlamda oyandığı yer o siniflər idi. Mən feminist düşüncəyə, ataərkil ailə yaşamım əsnasında erkək hakimliyi ilə mübarizə edərək yaxınlaşdım ancaq sadəcə sömürən və əzən bir sistemin zərərlisi olmaq və hətta ona dirənmək belə bu sistemin nədən var olduğunu və onu necə dəyişdirə biləcəyimizi anladığımız anlamına gəlməz. Mənim şəxsi olaraq feminist politikaya yönəlməyim universitəyə başlamadan çox öncə gerçəkləşmişdi, fəqət feminist düşüncəni və teorini öyrəndiyim yer, universitət idi. Qara dərili qadın təcrübəsi haqqında ələşdirəl düşünməyə və yazmağa cəsarətləndirildiyim yer də ora idi.
1970-ci illərdə feminist düşüncə və teorinin ortaya çıxarılması kollektiv bir çalışma idi; qadınlar sürəkli diyaloq içində idi, fikirlər əsasında danışar, əməllərini sınayıb yenidən formalaşdırdılar. Əslində qara dərili qadınlar və ağ dərili olmayan başqa qadınlar irqlə bağlı önyarqılar məsələsini feminist düşüncəni formalaşdıran bir faktor olaraq dartışmaya qoyduqlarında, imtiyazlı sinifdən gələn qadınların həqiqi qadın təcrübəsi ilə özdeşləşdirdikləri bir çox şeyin xətalı ola biləcəyi görüşü öncələr dirənclə qarşılandı. Ancaq zamanla feminist teori də dəyişdi. Hər nə qədər bir çox ağ dərili qadın ön yarqılarını qəbul etmiş fəqət zəhmət çəkib bunları yenidən düşünməmiş isə də, bu önəmli bir dəyişim idi. 1980-ci illərin sonlarında, bir çox feminist akademisiyən irq və sinif fərqliliyinə dair bir bilinc sərgiləyirdi. Feminist hərəkət və feminist dayanışmaya səmimiyyətlə bağlı olan qadın akademisiyənlər, qadınların çoxunun yaşadığı gerçəklikləri ortaya qoyacaq bir teori yaratmaq qonusunda istəkliydilər.
Akademik qəbul olunan bir durum əldə etməsi feminist düşüncənin gəlişməsi baxımından önəmli və gərəkli idi, ancaq bu qazancın özü ilə birgə gətirdiyi bir qrup yeni məcburiyyətlər da var idi. Teori və pratikin içindən çıxan feminist düşüncə birdən birə gözdən düşdü və onun yerinə bir üst dilə dayanan, dışlayıcı və bəlli sinifə aid terminlərlə dolu dil yaradan, sirf akademik bir çevrəyə xitab edən teorinin ilgi nöqtəsi olmağa başladı. Görünən şey bu idi: qalabalıq bir feminist düşünərlər nöqtəsi, yalnızca “içəridən” olan insanların anlayacağı türdən bir teori oluşdurmaq üçün yazıb pozan elit bir topluluq olmaq yolunda irəliləyirdi.
Akademik mühit dışındakı qadın və erkəklər artıq bir hədəf kütlə olaraq görülmürdü. Feminist düşüncə və teori feminist hərəkət ilə yarışmağı kəsdi. Akademi politikaları və kariyer maraqları feminist politikanı kölgədə buraxdı. Feminist teori, dış dünya ilə çox az bağlı olan akademik bir çərçivənin sınırlarının içinə qapandı. Akademidə ortaya qoyulan əsərlərin çoxu avanqard idi, bu gün də elədir, sadəcə bu görüşlər kütlələrə çox az çatır. Feminist düşüncənin bu şəkildə akademiləşməsi, politikləşmə yolu ilə feminist hərəkətə zərər veribdir. Feminist düşüncə radikallığını əldən verdiyindən bəri, digər akademik disiplinlər ilə arasındakı tək fərq, ilgi alanının toplumsal cinsiyyət olmasıdır.
Kütlələri bilgiləndirən, feminist düşüncə və feminist politikanı anlamalarında şəxslərə yardım edən ədəbiyyat, çox çeşidli üslub və biçimlərə sahib olmalıdır. Özəlliklə gənclik kültürünə yönəlik əsərlərə ehtiyacımız vardır. Kimsə bu tür əsərləri akademik ortamlarda ürətmir. Kolej və universitələrdə halı hazırda təhdid altında olan qadın araşdırmaları proqramlarını ibtal etmədən –muhafizəkarlar, toplumsal cinsiyyət ədaləti uğruna verilən o qədər mücadilə sonucunda əldə edilən bu dönüşümləri yox etmək fəaliyyətindədirlər- cəmiyyətlərə dayanan feminist çalışmaları gəlişdirməliyik. İnsanların qapı- qapı dolanıb feminizmi tanıdan yazılar dağıtdığı, insanlara feminizmin nə olduğunu anlatmağa (dini qrupların etdiyi kimi) vaxt ayırdığı, geniş sahəli feminist bir hərəkəti xəyal edin.
Çağdaş feminist hərəkət zirvəsindəykən , uşaq kitablarındakı cinsiyyətçi önyarqılar ələşdirilmişdi. “özgür uşaqlar üçün” kitablar yazılmışdı. Ələşdirəl ayıq- sayıqlığı buraxdığımız an cinsiyyətçilik yenidən ortaya çıxdı. Uşaq ədəbiyyatı, ələşdirəl bilincin gəlişdirilməsinə yönəlik feminist eyitim üçün çox önəmli bir alandır. Çünki inanc və kimliklər bu sürəcdə hələ də qurulmaqdadır. Ancaq oyun alanlarındakı normları hələ də toplumsal cinsiyyətə dair fanatik fikirlər bəlirləməkdədir. Uşaqlar üçün genəl eyitim feminist aktivistlərin önyarqısız bir eyitim proqramı oluşdurmaq üzərə sürəkli çalışdıqları bir alan olmaq məcburiyyətindədir.
Gələcəkdə feminist hərəkət, hər kəsin yaşamı üçün böyük önəm daşıyacaq olan feminist eyitim üzərinə daha çox düşünməlidir. Feminist qadınların yüksək gəlir səviyyələrinə, mübarizədə bizimlə birgə olan varlı erkəklərin yardımlarını qəbul edən vəya təcrübə sahibi olan qadınların varlığına baxmayaraq qız və erkək uşaqlar üçün, qadın və erkəklər üçün feminist ilkələr ilə qurulmuş bir oxulumuz yoxdur. Hər kəsə feminizmi öyrədə biləcəyimiz geniş alanlı bir eyitim hərəkəti yaratmamaqla, insanların feminizmə dair bir şeylər öyrəndikləri ilk yerin ana axım ataərkil kütlə mediyası(Ana Axım Mediya: Mainstream Media) olmağına izn veririk və mediadan öyrəndiklərinin çoxu olumsuz şeylər olur. Feminist düşüncə və teorini hər kəsə öyrətmək, akademik səviyyənin hətta yazı səviyyəsindən də yuxarıya keçməyimiz anlamına gəlir. Xalq kütlələrinin böyük bölümü, feminist kitablarının çoxunu oxumaq üçün gərəkən istedadlara sahib deyil. Kasetlərə oxunan kitablar, mahnılar, radio və televiziya, bunların hamısı feminist bilinci paylaşmağın yollarıdır. Əlbəttə feminist bir televiziya kanalına da ehtiyacımız vardır, ancaq təbii ki, bunun qadınlar üçün düzənlənən kanaldan fərqli olması gərəklidir.[1] Feminist televiziya kanalı qurmaq üçün yetərli sərmayəni bir araya gətirərsək, feminist düşüncəni bütün dünyaya çatdıra bilərik. Öz kanalımıza sahib ola bilmiriksə, pulunu verək və var olan kanallardan bəlli bir vaxtı özümüzə ayıraq. İllərcə heç bir cinsiyyətçiliyə qarşı olmayan erkəklər tərəfindən çıxarılan Ms dərgisi bu anda sahibi feminist ilkələrə dibinə qədər bağlı olan qadınlara aiddir. Bu, doğru yöndə atılmış bir addımdır.
Qadınlı erkəkli feminist teorini hər kəsə sunan kütləsəl qatılımlı bir hərəkət yaratmaq üçün çalışmasaq, ana axım mediyanın mənfi xəbərləri feminist teoriyə və əmələ sürəkli zərər verəcəkdir. Bizlər feminist hərəkətin hamımıza gətirdiyi qazancları ön plana çıxarmasaq, bu ölkənin vətəndaşları bu yararların fərqində olmayacaqlar. Hakim kültür, feminizmin cəmiyyətlərin və toplumun yaxşılıq və rifaha sunduğu faydalı feminist qatqıları öz adına çıxarıb ardından da Yansıtmaq. Bir çox insan, feminizmin yaşamlarımızı necə müsbət yöndə dəyişdirdiyinin fərqində deyil. Feminist hər kəsi yaşadan güc, feminist düşüncə və pratikin paylaşımıdır. Feminist bilgi hər kəs üçündür.