Səccad Nematyan Haji Alilu; Ərzurum’a qədər gedən avtobus
Təbrizdə idim. Axşam idi. Yumşaq bir qar yağırdı. Sulduz’a gedəcəkdim. Haraya gedəcəyinə diqqət etmədən bir avtobusa mindim. Bir zaman baxdım Urmiyə’yə yetişmişik. Gecə idi. Düşmək üçün avtobusun qapısına qədər gəldim. Birdən özümlə dedim ki bəlkə bu Sulduz’a qədər gedəcək! Sürücüdən soruşdum: harayacaq gedəcəksiniz?! ” Ərzurum’a qədər gedəcəyik” dedi! Endim. Gözəl bir qar yağırdı. Piyada səkisində topuq boyda qar var idi. Küçədə qarşıdan iki qadın gəlirdi, biri ətəkli biri şalvarla. Ayaqqabılarını yerə basdıqca qarın səsi gözəl bir hiss yaradırdı. Biri avtobusun ön pəncərəsinə baxaraq deyirdi: İndi Ərzurum’a da qar yağır. O birisi də “həyə, ora daha da çox yağar” deyib təid edirdi. Küçədə Sulduz’a gedəcək bir maşın axtarmağa yola düşdüm…. şiddətli bir yel balkonun qapısını çırpdı. Yuxudan oynadım. Evde idim. Demək hər şey yuxu idi!
Sən Təbriz’dən Ərzurum’a bu qədər rahat gedə bilməzsən! Sərhədləri bu qədər rahat keçə bilməzsən! Urmiyə’dəki qadınlar öz bə öz Ərzuurum’umuzu bu qədər açıq mənimsəyə bilməzlər!
Nə oldu bizə? Biz nə zaman bu günə qaldıq? Bu sərhədlər nə zaman bu qədər yadlaşdı?!
İqtisadiyyatı yerlərdə sürünən üç milyonluq bir ölkə rəsmən əlli milyonluq bizi lağa qoyub! Amerika’da 1000 nəfəri bir yerə toplaya bilmirik! Sadəcə 50 nəfər quzeyli toplanır. Orada güneyli az mı var? Necə olur ki qardaşlarını yalnız buraxırlar!? Ya bunlar özlərini Azərbaycanlı saymırlar?!
Avropada qardaşımızı 5-10 terror qrupları tərəfdarı döyüb qana bələyir! Harda onun güneyli qardaşı? Az mı avropada güneyli!?
Biz özümüzü nə zaman belə uduzduq ki Barmaq sayıda irqçi həm torpağımızın 20 faizini işğal edir, həm öz əlimizdə olan torpaqlara təcavüz edir, həm də dünyanın hər yerində bizə qarşı təxribat aparıb qarşısındakı haqq azərbaycanlını döyür! Biz geri çəkildikcə onlar daha da vəhşiləşir!
Ərzurum’da idim, türk bayrağı altında, biri məndən soruşur: haralısan? “Urmiyə’liyəm” deyirəm. Deyir: kürdsən?! Nə zamandan Urmiyə kürd oldu? Bu fikir öz bə öz Ərzurum’umuza nə zaman yayıldı? Ordakı bizlərə nə gəldi? Urmiyə ərzurum’da necə yadlaşa bilər?!
1000 illər boyu bölgəni idarə edən biz idik. Bu günə qədər bütün xalqları qanadlarımız altında hörmətlə saxlayan da bizdik. Bölgədə ilk cümhuriyyəti quran da biz idik, Azadlıq yolunda savaşan da!
Urmiyə’də idim. Birisi uşağını Farsca danışdırırdı. Şatır (çörəkbişirən) dedi: onu niyə farsca danışdırırsan? Dedi: bunlar yaxşı söz deyil, biz hamımız insanıq, nə fərq edər ki!
Şatır dedi ki keçini daşşağından axta (xədim) edərlər, insanı dilindən!