Lalə Niftalıyeva ; Əxlaqı qorumaq gözəl, pozmaq isə iyrəncdir
Çin kommunist partiyası 2020-ci ildə cəmiyyətin sosial və siyasi etibarlılğını ölçən tətbiqi istifadəyə verəcək. Tətbiq vasitəsilə insanlar cəmiyyətdəki fəaliyyətinə görə bal alacaq.
Bal insanların etdiyi yaxşı və pis hərəkətlərə görə artır və azalır.
“Xabraxabra”-nın baş redaktoru Vyaçeslav Qolovanov reytinqin aşağı düşməsini və bu sistemə çinlilərin münasibəti barədə araşdırma aparıb.
Sosial kredit ilk dəfə 2014-cü ildə “Əxlaqı qorumaq gözəl, pozmaq isə iyrəncdir” şüarı ilə yaranıb. Proqram 2020-ci ildən rəsmi olaraq fəaliyyətə başalayacaq. Hazırda milyondan çox adam həmin tətbiqin istifadəçisidir.
Hazırda proqram hissə-hissə fəaliyyət göstərir. Onun bir hissəsinə Şəhər rəhbərliyi, digər hissəsinə isə insanların sosial şəbəkələrdə olan məlumatları vasitəsilə nəzarət edilir.
Dandan Fan müasir çinli qadındır. O, öz əməksevərliyinə görə həyatda çox şeyə nail olub. Lakin burda bir amma var. Dandanı günün 24 saatı izləyirlər.
Çin süni zəkanın inkişafına görə, dünyada lider yerlərdən birini tutur. Güman edilir ki, bu tətbiq vasitəsilə o öz yerini gücləndirməyə davam edəcək. Vətəndaşları daimi nəzarətdə saxlamaq üçün kamera onların yerini üzünü, və bədənini tanıyacaq. Mobil telefonlarda olan tətbiqlər də vətəndaşları hər an nəzarətdə saxlayır və onlara aid bütün məlumatları nəzarətdə saxlayır.
Hazırda Çində baş verənlər bəlkə də, bəşər tarixinin ən iddialı mühəndislik layihəsidir. Bu layihə reallaşsa, biz tarixdə ilk dəfə rəqəmsal diktaturanın hakimiyyətini görəcəyik.
Tətbiq marketlərdə də öz hakimiyyətini qurub. Siz alkoqol aldınızsa, bu sizin aslılığınız olduğunu göstərə bilər və sizin yaxşı vətəndaş balınızı aşağı salar.
Hazırda 800 ballıq reytinqdə 770 balla ən yaxşı vətəndaş hesab olunan Dandan bu sistemdən çox razıdır. O deyir ki, insanların sülh və əminamanlıq içində yaşamaları üçün bu tətbiq mükəmməldir.
Bu ballara görə, Dandan depozit ödəmədən avtomobil kirayələyə, otel bron edə bilər.
Daha bir nüansı da nəzərinizə çatdıraq ki, siz özünüz nə qədər yaxşı vətəndş olursunuz olun əgər qohumlarınız və dostlarınız arasında pis vərdişləri çox olan vətəndaşlar varsa, o zaman bu sizin balınız da aşağı salacaq. Bu sənin ən yaxın dostun və ya valideyinin ola da vəziyyət dəyişmir.
Çində artıq 10 milyon insan sosial kreditə görə, cəzalanıb. Lyu Xu da cəzalanan vətəndaşlar siyahısındadır. Başqa cəmiyyətədə o, bəlkə də, hörmət edilən vətəndaş sayıla bilər, amma Çində yox. Lyu Xu araşdırmaçı jurnalistdir və o hakimiyyətin rüşvətxorluğunu və törətdiyi cinayətləri araşdırır. Bir neçə cinayətin üstünü açan Lyu Xu hazırda hakimiyyətin düşməni sayılır.
Xu sosail reytinqini tamamilə itirib və hakimiyyətin “qara siyahısı”na düşüb. Bu onun karyerasını məhv edibb və ailəsini təhlükə ilə üzbəüz buraxıb. Sistem Xunu ev dustağı edib və sosial şəbəkədə 2 milyondan çoz izləyicisi olan profillərini bloklayıb.
Xo onun siyası görüşlərinə görə blokladıqlarını düşünür və o ununla bağlı hakim dairələrə müraciət etsə də, ona cavab verən olmayıb. Xo bütün dünyayanı “sosial kredit”in mənfi tərəfləri və təhlükəsi barədə xəbərdarlıq etməyə çalışır. O Çin xalqının kar və kor olduğunu bildirir. “Çin xalqı dünyada baş verənlərdən xəbərsizdir və illuziya ilə yaşayır”.