Günel Məmmədli ; Autentlik (6) Nietzsche’nin fəlsəfəsində autentlik xüsusiyyətləri
Nitsşe öz fəlsəfəsində ”auentlik” ifadəsini açıq şəkildə ifadə etməmişdir. Lakin ifadə etdiyi “Wahrhaftigkeit” (həqiqilik) anlayışı, ekzistensial ədəbiyyatda autentlik termini ilə demək olar ki, sinonim hesab edilmişdir. Həqiqətin sübutu Nitsşeyə görə həqiqətlə eyni deyil. Nitsşe Şopenhauer və Sokratın təlimlərini rədd edərək gerçəklik və reallıq arasındakı məntiqi əlaqəni zəruri saymasa da eyni zamanda onların fəlsəfəsni də qiymətləndirdi. Nitsşeyə görə, saf çürük edilmiş sistemdəki yeganə maraq sahəsi fərdi ünsür olmalıdır. Həqiqət həmişə fərdin hərəkət və münasibətlərində ortaya çıxır. Nitsşe rasionalizmin bütün fəlsəfi ənənəsini və Dekartın bütövlük və səmimiyyət əxlaqını rədd edirdi. Bununla birlikdə, bütün təbiət fəlsəfəsini və düşüncələrini ‘’təbiətə qayıdış’’ leyhinə yatırmaq istəyən anti-rasionalist olduğunu söyləmək də səhv olar. Nitsşe “Faciənin doğulması” əsərində təsvir etdiyi rasionalist-Apollon şüuru prinsipi də onun autentliyə dair fikirlərin ayrılmaz hissəsidir.
Nitsşe orijinallıq imkanlarını bədii bir modeldə gördü. “Tragediyanın doğuluşu” adlı əsərində incəsənətin inkişafı bir Apollon və Dionisos ikiliyindən asılı olduğu bildirilir. Bu dilemmada, əlaqənin, bəzən qarşıdurma və bəzən birbirinə qarışmanın, qədim yunan mədəniyyətindəki konseptual bir qaynağa deyil, sahib olduqları təbii kainatın dərk edilməsinə əsaslandığı vurğulanır. Qədim Yunan mifologiyasında günəşi və işığı simvolizə edən Appolo, heykəltəraşlıq, şeir, təmsil kimi rəsmi yaradıcılığına təsir edən gücdür . Dionisos isə, şərabı təmsil edərək musiqi kimi qeyri-rəsmi sənət əsərlərinə təsir edən gücdür. Faciə həm də bu iki fərqli bədii gücün qarışmasından doğan sintetik sənət məhsuludur. Nitsşenin sənət əsərində insanın estetik yaradılışı iki əsas qabiliyyətə əsaslanır: : təxəyyül və coşqu. Xəyal dünyası aldadıcı bir mənzərədir – hisslərin qəbul etdiyi illüziya, şəkilin gözəl və mükəmməl tərzdə tərtib olunduğu bir sahədir. Nitsşe parıldayan işıq tanrısı olan Apollonu daxili xəyalların gözəl illüziyalarını, təbiəti başa düşməyə və həyatı yaşamağa dəyər verməyə kömək edən bir qüvvə kimi şərh edir. Çünki, Apollon ışığı ilə əks etdirdiyi şeyləri fərdi və özünəməxsus şəkildə parladararaq həqiqəti müxtəlif yollarla ortaya qoyur.
Dionisin təmsil etdiyi coşqu isə özündən keçmə, özünü itirmə kimi fərdi yaşam enerjisini ifadə edir. Bütün qabiliyyətlərə və ağıl formalarına sahib deyil. Dionis Apolonun yanında mövcuddur və Apollonun fərdi varlığını pozan və dəlilik içində aparan bir prinsipdir.
Sənət mənbəyi bu iki ünsür arasında qarşılıqlı bir bağlılığın yaranmasıdır. Nitsşe bildirir ki, bu formalaşma prosesi ilə insan sənət obyektinə çevriləcəkdir. Bu dəfə insan”Artıq sənətkar deyil, sənət əsəridir” dir. Əslində, bu, özünü fərdiləşdirən və yaradan autentik bir şəxsin obrazıdır. Bu yaradılış aktında yaradıcı və sənət birləşir; insan və yaradılan obyektlər arasında mümkün yadlaşma aradan qaldırılır. Nitsşe üçün sənət əsəri insan impulslarının çevrilməsi nəticəsində məhsul olur. Dünyadakı bu sənət üslubu, sənət tərəfindən təmin edilən bir insana yaşamağa davam etmək imkanı verir…