Niderlandda üzü örtmək yasaqlandı
Niderlandda ictimai binalarda və nəqliyyatda müsəlmanların taxdığı niqab daxil olmaqla üz örtüklərinə qadağa qüvvəyə minib.
Digər geyim növləri – üzü tam örtən dəbilqə, maska, xizək maskalarını da daha məktəblərdə, hökumət idarələrində, xəstəxanalarda, avtobus və qatarlarda taxmaq mümkün olmayacaq. Qadağa avqustun 1-dən qüvvəyə minib.
Parlamentin bir il öncə qəbul etdiyi bu qanunun məqsədi ictimai qurumları və nəqliyyatı daha təhlükəsiz etməkdir. Ancaq tənqidçilərin fikrincə, məqsəd müsəlman qadınların geyindiyi burqa və niqabdan can qurtarmaqdır.
Niderlandda təxminən 100-400 qadın belə örtük taxır.
Avstriya, Belçika, Fransa və Avropanın digər ölkələri son illər ictimai yerlərdə üz örtüyünü qadağan edib.
İndi Niderlandın təhlükəsizlik əməkdaşları örtüklü qadınlardan üzlərini göstərməyi tələb etməlidirlər. İmtina edərlərsə, onları ictimai binalara buraxmaya, azı 150 avro (166 dollar) cərimələyə bilərlər.
Di gəl, bu qadağanın necə tətbiq olunacağı bəlli deyil. Belə ki, Amsterdam və digər şəhərlərin rəsmiləri, eləcə də xəstəxanalar, ictimai nəqliyyat operatorları, polis üzlərini örtənlərə göz yumacaqlarını bildiriblər.Azadlıq radiosu