Bu il 8 mart 2020: Norveç qadınları və onların problemləri ilə tanışlıq
8 mart dünya qadınlar günü münasbəti ilə Silye Guleng SV partiyasının üzvü və qadın haqları aktivisti ilə Türk Qadlnlar Mərkəzi sitəsi üçün müsahibədə , Silye özü haqda və Norveçdə qadınlar cinslər ya cender bərabərliyi mübarizəsində nə kimi problemlər ilə üzbəüzdülər sualına onunla müsahibə edən və həmin partiyanın Norveçdə üzvü olan Simin Səbriyə aşağadakı cavabları vermişdir:
Cavab :Mən 42 yaşındayam və 3 yeniyetmənin anasıyam. Mən 14 yaşımdan SV partiyasının gənclər qolunun aktiv üzvü olmüşam. Əslinə mən təbiyətsevər və Çevrəçi olmaqdan yanayam və iqlim savaşı mənim ən böüyk marağlarımdan biridir. Ama cinslərin ya cender bərabərliyi mücadiləsi də ən böyük məsələrdən biridir.Mən Avtomobil təmiri üzrə təhsil almışam və ən azı 15 il bu sahədə işləmişəm. Sonra bəzən müxtəlif təşkilatlarda, o cümlədən LO və SV-də işləmişəm. LO Norveçin ən böyük həmkarlar ittifaqı təşkilatıdır. Burda qadın haqları uğrunda mübarizə , əmək haqqı məsələləri və itiffaq ya həmrəylikdən söhbət gedir.SV isə könüllü olaraq işlədiyim sosiyalist sol partiyasıdır, eyni zamanda bələdiyyə idarə heyətində və yerli komandada rəhbərlik etmişəm, və həmçinin mahal səviyyəsində və mərkəzi səviyyədə seçki kampaniyası istiqamətində çalışmışam.Gənc bir qız olaraq daim texniki şeylərlə maraqlanırdım . Ən başlıcası kimsənin mənə heç bir sual əlaməti göstərmədən istədiyimi seçmək icazəsi mənə verildiyi üçün özümü xoşbəxt sayıram. Demək olar ki, işimdə ancaq kişilərlə işləyərkən mənim üçün düzgün olub-olmadığını ətrafdakılarımı maraqlandırırdım. 1998-ci ildə Bergen Bələdiyyəsindəki texniki şöbəyə 19 yaşında bir qız olaraq işə götürüldüyümdə 200 kişi arasındakı yeganə qadın işçi idim.Sual:Evdə bircə sənmi qız uşaqısan?Cavab:Xeyr, bir neçə bacım var, ancaq praktik peşə sahibi olan yalnız mənəm, digərlərinin akademik təhsili var.İndi mexaniklərin təlimi və sertifikatlaşdırılması üzərində işləyirəm.Cəmiyyət kişi nə işə getməli və qadın nə işləri etməli olduğuna inandığını daima bizə xatırlatmaqda sanki. Ama insanın cəmiyyət və ailənin istəyi yox, bəlkə öz seçimi əsasında qərar verməsi məncə cinslər bərabərliyi mübarizəsində ən mühüm məsələdir.Bergen şəhərində bu il buz Hokkeyi oynayan bir qrup gənc qız 8 Mart tədbiri və paradında öz istəklərini ortaya qoyacaqlar ki oğlanlara icazə verildikləri kimi, onlarında haqları var bu idmanda bir Biri ilə toqquşsunlar. Hal hazırda bu qız idmançılara qadağandır. Onlar soruşullar ki niyə qadınlar bu idmanda bir birləri ilə toqquşa bilməz ama gənc oğlan uşaqları bilər. Bu bir cəmiyyətdə səhvən yayılan yalnış düşüncədir ki “qızlar gərək ehtiyatlı olsunlar”. Eləcədə belə düşüncələrdir aftamabil yarışları və ekstrem idmanlar ki onlar gızların oralara maraq göstərməsin istəmirlər sanki qızlar kövrək yaratıqlardır ki gərək onları qoruyasan ki xəsarət almasınlar .Doğuş məzuniyyəti həm ata və həm ana üçünTəxminən 20 il əvvəl uşaq sahibi olduğum müddətdə ərim qədər işləmək mənim üçün də çox vacib idi. Həyat yoldaşım və mən məzuniyyəti bölüşdük və ikimizdə bərabər səviyyədə uşaqların qayğısına qaldıq.İndi hər iki valideynin məzuniyyət alması adi haldır artıq ama onda belə deyildir. Doğuş məzuniyyəti bir il dir ki qadın və kişi arasında bərabər bölünür : hər valideynə 4 ay verilir , 4 ay ata və 4 ay ana, və qalan 4 ay da istəyə görə öz aralarında bölünür.Təcrubə göstərir ki bir çox kişi əslində evdə qalmaq və körpəsinə baxmaq istiyir ama onu diyə bilmir. Mənim işimdə kişi əməkdaşlarım gəlib diyəndəki ata olacaqlar , san ki bir utanc verici bir hadisədən danışırlar ona görə işdən azı 4 ay və bəlkə 8 ay ayrılmaq məcburiyyətindələr. Bu mənim yadıma öz hamiləlik vaxtı iş sahibimdən utanarkən məzuniyyət istəməmi xatırladır.Sual:Yadımda Bir 15 ya 16 il əvvəl ata ya ana hər hansı istədi halda məzuniyyətin hamısın götürə bilsinlər diskusiyası gedirdi.Norveçdə başqa hansı problemlərlə mübarizə aparırsınız?Cavab:Bir çox məsələ varş Bəzi məsələlər cox saman aparırı ki məqsədə çatasan. Mənim anam 8 Martda 70-ci illərdə, uşaq bağçası xərclərinin bütün verilməsi üçün parada getdi, hansı ki biz onu ancaq 2005 də əldə edə bildik.Başka istəkdə təbi ki bərabər maaş almaqdır. Qadınlar bir çox peşələrdə çalışırlar ki çox təhsil tələb edən peşədir ama nədənsə o peşələrə cox qadınlar gedir, məsəln tibb bacısı peşəsi, ama eyni qədər təhsil alan bir kişi başqa çox kişilər gedən peşədə daha çox maaş alır.Sual :Men bir organizasiya var o cumlədən OECD (Organization for Economic Cooperation and Development) ölkələri ya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı. Mən baxırdım ki 36 üzv ölkə ki Norveçdə onlardan biridir qadın kişi ortalama maaş fərqini 7,1 % qeyd etmişdir. İsveç üçündə eyni rəqəmi gördüm. Bu fərq nədən törənir ?Cavab:Düşünürəm ki, bu elə uzərindən indi danışıb keçdiyimiz struktura aiddir. Bu qadın peşələrinin bir çoxu yalnız maaş üçün yox , bir çoxu insan orada idealizm üçün çalışır. Baxım sektoru olaraq qadın peşələrinin bir çoxu devlət ya ictimayi iş idi, indi bir az özəl ola bilər, ancaq əvvəllər yalnız ictimai idi.Hal bu ki kişi üstünlük təşkil edən sektor isə çox vaxt özəl sektordur.Əsasən kişi çoxunluq peşəsi olan avtomobil təmiri və qadınların çox getdiyi tibb bacısı olan bir peşələinə baxsanız, daha az maaş qadınların işi daha çox təhsil tələb edir. Hal bu ki qadınların belkə baxım sektorunda işləri cox rotasiya çalışması və daha çox arada istirahət tələb edən işdir ki kişilərin getdikləri saydığım peşələrdə bu çətinliklər yoxdur. Ona baxmayaraq onlar daha çox maaş alır.Başka məsələ qadınların 4 ya 5 satt doğuşdan sonra xəstəxanadan evə göndərməsi məsələsidir. Bir halda ki bir uşaq dünyaya gətirmək eyni zaman da sadəcə fiziksəl yox bir çox mental dəyşikliklərdə deməkdir ki qadın onlarla tək başına qalmamalıdır. Bir yaxşı qayqı və məhəbbətli baxımı ki bir bilirik bir çox ölkədə var bizdə qadın olaraq tələb edirik. Yanı xəstəxanada daha uzun müddət baxım və qayqı görməkləri zahılara çox vacib dir.Başka mühüm məsələ beynalxal həmrəylikdir başqa bacılarımızla birlikdə bir birimizə yardımçı olmaqdır. Bu gün biz Kadra adında bir qadını şəhərdə dinliyəcəyik ki bildiyimiz kimi Somaliyalı qadınların acı hekayələrini ki əslndə onunda hekayəsidir bütün Norveçdə anladıbdır və biz ona dəstək vermişik.O qadın sünnəti haqda bir çox açıqlamalar və yazılarda özünü ifadə edibdir və bu vəhşiliyin qarşısın almaq üçün bir çox mühüm işlər görubdur.Bir çoxu innan başka kultur və mədəniyyətdən mühacirət etsədə bəzən yaxşı adətlər ilə bərabər həmdə köhnə və qəbul edilməz adət ənənəsinidə bura gətirir ki tələb edir biz bu ənənəyə qurban gedənləri və xəsarət alanları müdafiə edək və diyək ki bu qəbul olunmaz bir haldır.Biz bilirik ki bir cox hallarda baxmayaraq ki bir çoxu yeni cəmiyyətdə necə intiqrə olmanı bilsədə , bəzən bağlı olduğu və onları əhatə edən həmyerlilərinin basqısı əlindən istəlinən kimi özgür davrana bilmirlər.