Cinsiyyət, kişi və qadınları fərqləndirən bioloji vəfizioloji xüsusiyyətlərə istinad edir.Biz doğum zamanı kişi və ya qadın kimi müəyyən edilirik və bu andan bizim cinsiyyətimiz ictimai və hüquqi bir gerçək halına gəlir. Bəzi insanlar doğum zamanı adətən oğlanları qızlardan fərql əndirən fiziki xüsusiyyətlərinin tipik olmayan nümunələri ilə doğulur. Bu şəxslər “cinslərarası” adlandırıla bilər. Çox zaman həkimlər, şəxsin və ya valideynlərin razılığı olmadan, bədən quruluşunu “düzəltmək” üçün şəxsin üzərində dərhal (və ya da doğulduqdan sonra) əməliyyat həyata keçirirlər. Onlar Yogyakarta Prinsiplərinin 18-ci prinsipinə istinad edirlər (bir qrup beynəlxalq insan hüquqları ekspertləri tərəfindən hazırlanmış sənəd) və dövlətləri aşağıdakılara çağırırlar: “Uşaqlarla bağlı bütün növ fəaliyyətlərdə əsas diqqət uşaqların maraqlarına ayrılacaqdır prinsipinə söykənməklə, uşağın yaş və yetkinliyin ə uyğun olaraq onun tam, müstəqil və məlumatlı razılığı olmadan bədəninin gender kimliyi tətbiq etmək məqsədilə tibbi prosedurlar vasitəsilə qaytarılmaz şəkild ə dəyişdirilməsinin qarşısını almaq üçün bütün lazımi qanunvericilik, administrativ və digər addımları atın.”
Gender, qadınlar və kişilərin öz cinslərinə xas olan davranışlarına vəfəaliyyətlərinəvəonlara aidolan sosial gözləntilərə istinad edilir. Hər hansı bir gender rolunun müəyyənləşdirilməsi ilə bağlı sosial gözləntilər müəyy ən bir sosial-iqtisadi, siyasi və mədəni kontekstdən asılıdır və irq, etnik qrup, sinif, cinsi oriyentasiya və yaş kimi digər amillərdən də təsirlənir. Genderin rolları öyrənilir və müxtəlif insan cəmiyyətləri daxilində və arasında dəyişir və zamanla dəyişilməkdə davam edir. Biz dünyaya gələn andan etibarən sosiallaşırıq və yaşadığımız cəmiyyətin gözlədiyi normalara uyğun olaraq necə davranmalı olduğumuzla bağlı ailəmizdən, məktəbimizdən, iş yerimizdən, mətbuatdan, yeni informasiya texnologiyalarından və mədəniyyətimizdə n təsirlənərək inkişaf edirik, böyüyürük, öyrənirik. Sosiallaşma insan qrupunun funksional üzvləri olmaq üçün mühüm bir prosesdir. Lakin sosiallaşmanın bir hissəsi kimi qəbul etdiyimiz hər bir məlumat özümüzə yaxud cəmiyyətimizə hər zaman faydalı olmaya da bilər. Gender sosiallaşması oğlan və qızların potensialına əsasən onların qabiliyyətlərini və maraqlarını məhdudlaşdıra bilər. Bununla yanaşı, çox zaman qeyri-realist və ziddiyyətli gözləntil ər daxili münaqişəl ərə, psixoloji problemlərə səbəb ola bilər və bu gözl əntiləri yerinə yetirmək istəməyənlər və ya bu gözləntiləri qarşılaya bilməyənlər digərləri tərəfindən müəyyən cəzalara məruz qala bilərlər.
Gender kimliyi şəxslərin aid olduqlarını hiss etdikləri genderə istinad edir, həmin gender onların anadangəlmə cinsi ilə eyni ola və ya olmaya bilər. Buraya genderin hiss edilən daxili və fərdi təcrübəsi, bədənin şəxsi hissiyyatı və digər ifadəetmə yolları, məsələn, geyim, nitq və adətlər daxildir.
Transgender, identikliyin və təcrübənin geniş diapozonunu təsvir etmək üçün çox zaman istifadə edilən ümumi bir termindir. Bu termin adətən gender kimliyi doğum zamanı təyin edilmiş cinsdən fərqli olanlara və gender kimliyini doğum zamanı təyin olunan cinsdən fərqli şəkildə göstərmək istəyən şəxslərə aiddir.
Cinsi oriyentasiya, kişilərə, qadınlara (və ya heç birinə) göstərilən emosional və cinsi marağı təsvir edir. Cinsi oriyentasiya gender kimliyi ilə əlaqəli deyil.
(davamı var)