Türkan Urmulu ; FEMİNİZM HƏR KƏS ÜÇÜNDÜR: FEMİNİZMƏ YAXIN GƏLİN
FEMİNİZM HƏR KƏS ÜÇÜNDÜR: FEMİNİZMƏ YAXIN GƏLİN
Bell Hooks
Hazırlayan: Türkan Urmulu
feminizm haqqında sıra yazılar olaraq sizə təqdim ediləcək bu yazılar “Feminizm Hər Kəs Üçündür” kitabından bölümlərdir. Bu kitab Türkan Urmulu tərəfindən Türkiyə Türkcəsindən Azərbaycan Türkcəsinə uyğunlaşdırılmışdır.
Bell Hooks adlı yazarın “Feminizm Hər Kəs Üçündür”(Feminism is for Everybody: Passionate Politics) kitabı Türkiyə Türkcəsinə Ece Aydın, Berna Kurt, Şirin Özgün və Aysel Yıldırım tərəfindən çevirilib BGST yayınları tərəfindən yayınlanmışdır.
Giriş
Feminizmə Yaxın Gəlin
Getdiyim hər yerdə, kim olduğum və nə iş gördüyümü soruşan insanlara, yazar, feminist torisiyən və kültür ələşdirməni olduğumu qürurla söyləyirəm. Filmlər və sevilən kültür qonusunda yazdığımı, aracın içindəki məsajı[1] təhlil elədiyimi anladıram. Bir çox insan bunların həyəcanlı olduğunu düşünür və daha artıq öyrənmək istəyir. Nəticədə hamı sinamaya(kinoya) gedir, televeziyon izləyir və dərgilərə göz atır; hamının anladığı məsaj və baxdığı görüntülər haqqında bəzi fikirləri var. Qarşılaşdığım bu qədər fərqli insanın kültür ələşdirməni olaraq etdiklərim və yazı yazma istəyimin haradan qaynalandığını anlamaq heç də çətin olmur; necə olsa insanların çoxu bir şeylər yazmaq istəyir və yazırlar, amma nədənsə sıra feminist teoriyə gəlincə sorular bitir. Bunun yerinə, feminizmin şərri və pis feministlər haqqında eşitmədiyim şey qalmır: “onların” erkəklərdən necə nifrət etdiyini, “onların” doğaya(təbiətə) və Tanrıya necə qarşı çıxmaq istədiyini, “onların” bütününün lezbiyən olduğunu, “onların” bütün işləri ələ keçirərək qarşılarında heç bir şansı olmayan ağ erkəklərə dünyanı necə zəhir etdiyini eşidirəm genəlliklə.
Eyni insanlara hansı feminist kitab ya da dərgiləri oxuyursunuz, hansı feminist söyləşiləri dinlədiniz, hansı feminist aktivistləri tanıyırsız deyə soruşduğumda isə feminizm haqqında bütün bildiklərinin qulaqdan dolma şeylər olduğunu, feminist hərəkətdə gerçəkdən nələr yaşandığını bilmədiklərini, hərəkətin tam olaraq nəylə ilgili olduğunu söyləyə biləcək qədər feminizmə yaxınlaşmadıqlarını söyləyirlər. Çoxunun gözündə feminizm erkəklər kimi olmaq istəyən bir ovuc hirsli qadın anlamına gəlir. Feminizmin haqlarla və qadınların eşit haqlar əldə etməsiylə ilgili olduğunu düşünməyirlər belə. Öz bildiyim və öz yaşadığım şəklində feminizmdən danışdığımda isə diqqətlə dinləyirlər. Yenə də danışıqlarımız bitdiyində mənim fərqli olduğumu; erkəklərdən nifrət edən hirsli “gerçək” feministlər kimi olmadığımı deyirlər o an. Mən də bir insan nə qədər gerçək və radikal feminist ola bilərsə o qədər gerçək və radikal bir feminist olduğumu deyirəm və əyər feminizmə yaxından baxmaya edərlərsə feminizmin düşündükləri şey olmadığını onların da görəcəyini söyləyirəm.
Nə zaman belə bir qarşılaşma yaşasam, oradan ayrıldığımda keşkə əlimdə kiçik bir kitab olsaydı və buyrun bu kitabı oxuyun, sizə feminizmin nə olduğunu, hərəkətin nəylə ilgili olduğunu anladacaqdır deyə bilsəm deyə keçirirdim ağlımdan. Əlimdə qısa və açıq, oxuyub anlamağı olduqca rahat bir kitab olsun istəyirəm; zorlayıcı terminlər və ya akademik dillə yazılmış qalın bir kitab deyil, açıq və anlaşılan bir kitab. Feminist düşüncənin, politikanın və pratikin həyatımı dəyişdirdiyi andan bəri bu kitabı istəyirəm. Davamı, politik həyatımın təməlini oluşduran və sonuna qədər inandığım feminist politikanı daha yaxşı anlaya bilsinlər deyə bu kitabı sevdiyim insanlara vermək istəyirəm.
“Feminizm nədir?” sorusuna qorxuyla ya da fanteziyə dayanmayan bir cəvabları olsun istəyirəm. Bu bəsit tanım vəya tərif əllərində olsun, onu təkrar- təkrar oxusunlar və bilsinlər istəyirəm: “feminizm cinsiyyətçiliyi, cinsiyyətçi sömürünü və basqını sona çatdırmağa çalışan bir hərəkətdir”. İlk dəfə bundan ən az on il öncə Feminist Theory: From Margin to Center (Feminist Teori:Çəpərdən Mərkəzə) adlı kitabımda önərdiyim bu tanımı sevirəm; çünki hərəkətin erkək qarşıtı olmaqla əlaqəsi olmadığını açıqca ortaya qoyur və bu açıqlıq bir gərçəyi unutmamıza yardımçı olur: istər qadın olaq istər erkək, hamımız, doğulduğumuz andan etibarən toplumsallaşma vasitəsiylə cinsiyyətçi düşüncə və eyləmi qəbul etməyə yönləndirilirik. Bunun bir sonucu olaraq, qadınlar da erkəklər qədər cinsiyyətçi ola bilər. Bu durum erkək təhəkkümünə haq qazandırmaz ya da onu gərəkli etməz; fəqət feminist düşünərlərin hərəkətin erkək qarşıtlığından ibarət olduğunu var saymasının zəif və yanlış olacağı anlamına gəlir. Qurumsallaşmış cinsiyyətşiliyi adlandırmanın bir digər yolu olan ataərkilliyi sona çatdıra bilmək üçün bunu açıq bir şəkildə ortaya qoymamız gərəkir: biz həm məntiq həm də ürəkdən dəyişmədikcə, cinsiyyətçi düşüncə və eyləmin yerinə feminist düşüncə və eyləmi gətirmədikcə cinsiyyətçiliyi davam etdirmiş oluruq.
Bir qrup olaraq ataərkilliyin səfasını ən çox sürənlər, ərkəklərin üstün olduğu və bizə hökm etmələri gərəkdiyi varsayımının(fərziyyəsinin) faydasını ən çox görənlər, erkəklər olmuşdur və bu bu gün də belədir. Fəqət bu səfanın bir də bədəli olmuşdur. Erkəklər ataərkilliyin nemətləri qarşılığında qadınlara hökm etməklə, ataərkilliyin zərər görməməsi üçün gərəkirsə zorakılıqdan istifadə edərək bizləri sömürmək və bastırmaqla “yükümlüdürlər”. Halbuki erkəklərin çoxu üçün ataərkil erkək olmaq çətindir. Bir çox qadınlara qarşı duyulan nifrət və qorxudan və qadınlara qarşı olan zorakılıqdan rahatsız olur. Hətta bu durum söz qonusu zorakılığı davam etdirənlər üçün də keçərlidir. Ancaq bir tərəfdən də ataərkilliyin nemətlərindən keçməkdən qorxarlar. Ataərkillik dəyişərsə ovuclarının içi kimi bildikləri bu dünya nə hala gələr, heç bir fikirləri yoxdur. Dolayısıyla həm ağıl həm də məntiqlə yanlış olduğunu bilsələr də, erkək təhəkkümünü pasiv bir şəkildə dəstəkləmək işlərinə gəlir. Erkəkər sürəkli feministlərin nə istədiyini bilməyirik deyirlər mənə. Onlara inanıram. Dəyişə biləcəklərinə və olqunlaşa biləcəklərinə də inanıram. Üstəlik feminist haqqında nə qədər çox şey öyrənsələr o qədər qorxmazlar feminizmdən; çünki feminist hərəkət, erkəklər üçün də ataərkinin köləliyindən qurtuluş umudunu barındırır.
Bu qısa əl kitabını, ən az iyirmi ildir həsrətini çəkdiyim bu kitabı, gənciylə yaşlısıyla erkəklər üçün də yazdım. Hamımız üçün yazdım. Yazmaq məcburiyyətində qaldım; biriləri yazar deyə gözlədim amma kimsə yazmadı. Nə var ki bu kitab olmadan, bu ülkədə hər gün anti-feminist təpkinin bombardmanına məruz qalan, özlərinə, haqqında çox az şey bildiklərim bir hərəkətdən nifrət etmələri və bu hərəkətə dirənmələri söylənən kütlələrə səslənmək imkansızdı. Bəlkə bizə feminizmdən danışan bir sürü öyrətim amaclı kitabcıq, rahat oxuna bilən kitab və bültən olsaydı ( ki olması gərəkən də budur), bu kitab da feminist politika adına bizlərə səslənən tutqulu səslərdən yalnızca biri olardı. Dünyanın hər yanında, feminizmin sözünün yayılmasına nədən olan reklam tabloları qurulmalıdır; dərgilərdə və avtobuslarda yayınlanmalıdır. Bu gün hələ o nöqtədə deyilik; yalnız feminizmi paylaşmaq, hərəkət adına hamının ağlına və ürəyinə səslənmək üçün etməmiz gərəkən budur. Feminist dəyişim hal hazırda yaşamlarımızı olumlu yöndə etkiləyir. Ancaq feminizm haqqında eşitdiyimiz hər şey olumsuz olanda, onun olumlu yönlərini də görməməyə başlayırıq.
Erkək təhəkkümünə dirənməyə, ataərkil düşüncəyə baş qaldırmaya ( və həyatımdaki ən güclü ataərkil səsə, anamın səsinə qarşı çıxmaya) başladığımda hələ yetkinlik çağındaydım; intihar etməyi düşünürdüm, depresyondaydım, həyatımın anlamını və həyatın içində özümə aid bir yeri necə və harada tapa biləcəyimi bilmirdim. Mənə, üzərində ayaqda qala biləcəyim bir eşitlik və ədalət zəmini sunması üçün feminizmə ehtiyacım varıydı. Zamanla anam da feminizm düşüncəsini mənimsədi, mən daxil qızlarının (altı bacıyıq) feminist politika sayəsində daha yaxşı bir yaşama qovuşduğunu, feminist hərəkətdəki vədəni və umudu gördü. Mən də bu kitabda, sizlərlə və hər kəslə bu umudu və vədəni paylaşmaq istəyirəm.
Heç kəsin heç kəsə hökm etmədiyi bir dünyada yaşadığımızı düşünün. Qadınlarla erkəklərin bir- birinə bənzəmədiyi və hətta hər zaman eşit də olmadığı; amma ilişkilərimizi şəkilləndirən yaşam fəlsəfəsinin qarşılıqlılıq əsası üzərində qurulduğu bir dünyada yaşadığımızı düşünün. Hər birimizin özümüz ola bildiyimiz bir dünyada, barış və olanaqlar dünyasında yaşadığımızı düşünün. Feminist devrim tək başına belə bir dünya yaratmaz; İrqçiliyə, sınıf elitizmini və imperializmi də sona çatdırmamız gərəkir. Ancaq feminizm, özünü bütünüylə gerçəkləşdirmiş qadın və erkəklər olaraq özlədiyimiz toplumu yarada bilməmizi mümkün qılacaqdır; özgürlük və ədalət xəyallarımızı gerçəkləşdirə biləcəyimiz bir toplumda birlikdə yaşaya bilməmizi təmin edəcəkdir. Yaxına gəlin və Feminizmin yaşamınıza, hamımızın yaşamına necə toxunub bu yaşamları dəyişdirə biləcəyini görün. Yaxına gəlin və feminist hərəkətin dərdinin nə olduğunu öz gözlərinizlə görün. Yaxınlaşın, bunu görəcəksiniz: Feminizm hərkəs üçündür.
- Bell Hooks burda iletişim teorisiyəni Marshall McLuhan’ın “arac mesajdır” sözünə işarə edir. McLuhan bu sözüylə ilətişim aracının özünə özgü(özünə məxsus) biçiminin, mesajın doğurduğu alqını etkilədiyini önə sürür.