“O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandıran Tamara xanım Gözəlova dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, bu barədə “qafqazinfo”ya T.Gözəlovanın qohumları məlumat verib.
Qeyd edək ki, Tamara Gözəlova AzTV-nin ilk xanım diktoru olub, 1956-cı il mayın 1-də efirə çıxıb.
Xatırladaq ki, Tamara Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 1965-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb.
Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova 1956-1959-cu illərdə Azərbaycan Dövlət Televiziyasının diktoru olub.
Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında “Məşədi İbad” adı ilə məşhurlaşan “O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb.
O olmasın, bu olsun (film, 1956)
Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin — Sərvər (Arif Mirzəquliyev) və Gülnazın (Tamara Gözəlova) böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir çox dost-tanışı: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur.Film haqqında
Bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır.
Filmdə xanəndə Xan Şuşinski qonaqlıq səhnəsində “Kürd-Şahnaz” muğamını ifa edir.
Yengə rolunu oynayan aktrisa Münəvvər Kələntərli qapının dəliyindən içəri baxarkən qəflətən Sərvər çıxır və yengəni yerə yıxır. Bu məqamda yerə yıxılan aktrisa kiçik barmağını sındırmışdı. Lakin həmin çəkilişlər bitəndən sonra çəkiliş qrupu aktrisanın barmağının sındığını bilmişdilər.
Filmdə xanəndə Tükəzban İsmayılova “Segah” muğamı üstündə oxuyur.
Film Azərbaycanın ilk rəngli bədii filmidir.
Komediya qəhrəmanlarının obrazları o illərdə Azərbaycanın ictimai həyatında hökm sürən hadisələri ayna kimi əks etdirir. Bü film sadəcə Azərbaycan yox hardasa bütün orta şərq qadınlarının quldarlıq sisteminə uyğun olan qul kimi yaşamlarını , alış verişə məruz qalmalaını bir ayna kimi əks etdirən sənəddir.
Bir çox ölkədə o cumlədən İranda , filimdən 110 il keçməsinə baxmayaraq, bu filmin səhnələri günümüzdə belə hər gün yaşanan bir acınacaqlı hadisədir.
Müxtəlif psixoloji tipajların yer aldığı komediya bu gün də Azərbaycanda, həmçinin digər ölkələrdə də aktualdır.