Haqqımızda qısaca
Uzun müddətdir ki, Azərbaycanda və ya İranın digər şəhərlərində türk qadınları tərəfindən idarə olunan müxtəlif adlar altında yüksək qiymətləndirilən saytların olmasına baxmayaraq, elm, sənət, məslək, din və ya inancın bütün səviyyələrində olan qadın fəallarına həmişə ehtiyac varidi ki birdə bir Mərkəzləri olsun. Beləki onların fəlsəfi, ictimai, siyasi, … baxışları nə olur olsun bir mərkəzdə bir araya gələcək bir yer, enerjilərini və fəaliyyətlərini mümkün qədər cəmləşdirən bir məkan və fəaliyyətlərinə bir adress elan etmələri bir quruma ehtiyac duyulurdu.
Bu ehtiyac xüsusilə İrandakı digər millətlərin qadınları ilə İran daxilində, həm bölgədə və dünyada digər qadın təşkilatları ilə faydalı əməkdaşlıq təmin etmək üçün oxşar mərkəzlərdə təşkil edildikdə, artıq daha çox hiss edilirdi. Lazım olduqda digər qadın fəalları göstərilən ünvana yönləndirəcək xüsusi bir ünvan olmadan bu istəki əldə etmək mümkün deyildi.
Cinsi zülm məsələsi siyasi bir məsələ deyil və ictimai bir hərəkət olaraq tərif olunur. Digər tərəfdən, İranda yaşayan xalqların mədəni və sivil tələbləridə heç birbaşa siyasi deyil. Bu üst-üstə düşən tələblərlə qarşı olanlar, əslində bu tələbləri siyasi və təhlükəsizlik kanalına itələmək ilə əslində bu hüquqları taptalamaq və pozmaq üçün bir bəhanə axtarırlar.
Bu dəfə səslərimizi ölkədə və dünyada səsləndirmək üçün Türk Qadınlar Mərkəzində toplandıq.
İranda və dünyada digər qadınların tələbləri və dilemmalarına dair digər həmcinslərimizə yazmaq, əlaqə qurmaq və əməkdaşlıq etmək üçün bir araya gəlmək yolları və imkanları çox mühüm məqsəd kimi götürürüq.
Beləliklə, işimiz yalnız saytımızın səsimizi ucaldan olması ilə bağlı deyil, həmdə bu Mərkəz ilə birlikdə İrandakı bütün Türk qadınlarını əhatə edən geniş bir cəmiyyət daxilində praktik əməkdaşlığa zəmin yaradan bir layihənin başlamasından ibarətdir. Həmcinslərimiz və hətta kişi müdafiəçilərimizi belə təmin edin bir mərkəzdən haykırmaq iastədik ki:
Biz varıq və biz buradayıq!
Məqsədimiz türk qadınlarını boş vaxtlarını ki onsuzda internetdə az çox zaman qoyurlar artıq bu vaxtı mütəşəkkil bir yerdə keçirməyə cəlb olsunlar. Beləliklə başqalarınında rahatlıqla bu əziz qadınlarımızın yazı işləri , incə sənət işləri, İnsan haqları və ictimayi mədəni fəaliyyətlərini tapmaq və istifadə etmək, bir sözlə belə qaynaqları əldə etmələrinə bir imkan yaranır.
Hətta bu fəaliyyətlər rəqs və mahnı və musiqi, teatr və film, şeir kimi ədəbi, mədəni fəaliyyətlər, şeir gecəsi, lətifələr və hekayələr, ətraf mühitin maarifləndirici məqalələri və xəbərlər və jurnalistika kimi sadə və ya əziyyətli sənət fəaliyyətlərindən ad aparmaq olar . Başka İnsan haqları üzrə və ana dili təhsili tələbi kimi milli demokratik tələbləri ad apara bilərik.
Biz türk dilini ana dilimiz kimi üstün tuturuq, amma İranda üç nəsildən çox ana dilindən məhrum olduğu üçün artıq türk dilində ictimai elmi mədəni lüğətini öyrənmək və mənimsəmə hüququndan məhrum olduğları üçün, saytımızda digər dillərdən də istifadə edəcəyik. Bununla birlikdə, biz yalnız Türkcə cinsi istismar və Türk ədəbiyyatını fəal şəkildə yayımlayan çox çox dəstəkliyirik və sevə sevə onların fəaliyyətindən istifadə etməyi saytımız üçün mühüm olan qaynaqlar bilirik.
Ümidvarıq ki, bu yolla gələcək nəslillər üçün yararlı və lazımlı olmağa çalışacayıq, belə ki İrandakı gənc türk qız və qadınları bizdən sonra bu bayraqı daşıyacaqlar ki, gələcək nəsillərdən utanmayaq!
Saytı martın 8-ində açmağı düşünərək bu gündə 8 dəyərli türk qadının fikirləri ilə tanış olmaq üçün bir fürsət olaraq qeyd etməyi seçdik. Bu iki suala bu 8 xanıma müraciət etdik:
8 Mart sizə nə deyir?
Hansı ölkədə yaşayırsınız və o ölkələdə qadınların tələblərində ən böyük problemlər nələrdir?
Səkkiz əziz qadın suallarımızı təhsil aldıqları bir dildə və daha yaxşı hiss etdikləri dildə cavablandırdılar. Biz bu cavabları dəyişdirmədən bura gətirəcəyik. Bu cavabları tədricən türk dilinə tərcümə edib dostlarımıza və oxucularımızın hüzüruna təqdim etmək səylərimizi artıracağımıza ümid edirik: