Cavad Ruhinin ailesi Baharə Hidayətdən aclıq aksiyasını dayandırmağı xahiş edip
31 Avqust 2023-d Növşəhr həbsxanasında ölən “Cavad Rohi”nin ailəsi siyasi məhbus “Baharə Hidayət”in aclıq aksiyası elan etməsindən sonra xanım Hidayətə məktub yazıb: “Millətin ən kiçiyi olaraq sizdən aksiyasınızı dayandırmağı xahiş edirik varlığınız bizim için önəmlidir”.
Hüquq müdafiəçisi “Athena Daemi” Cavad Ruhinin ailəsinin Baharə Hidayətdən xahişini Twitter səhifəsində dərc edib. Xanım Daemi Cavad Ruhinin ailəsindən sitat gətirərək, Baharə Hidayətə yazıb: “Baharə Can Hidayət, Cavad və azadlıq yolunun minlərlə şəhidi millət yolunun qurucuları olduğu kimi, sənin varlığın da biz İran milləti üçün lazımdır. Siz sağ qalıb və onların yoluna davam edin. Cavadın dağı qalan ürəyimizdən millətin ən kiçiyi olaraq sizdən aksiyasınızı dayandırmağı xahiş edirik varlığınız bizim için önəmlidir”.
Cənab Ruhinin ölüm xəbərini ilk dəfə onun vəkili Məcid Kavə 31 Avqust günorta saatlarında X hesabında (keçmiş Twitter) dərc edib və bir saat sonra Növşəhr həbsxanasının ictimaiyyətlə əlaqələri təsdiqləyib ki, “Cavad Ruhi 31 Avqust səhər saat 3:45-də o, tutma səbəbindən həbsxanadan Növşəhrin Beheşti xəstəxanasına köçürüldü və xəstəxanaya aparıldıqdan sonra öldü.
Cavad Ruhinin həbsxanada ölümündən sonra xanım Hidayət İslam Respublikasındakı “ikiqat repressiyaya” etiraz olaraq aclıq aksiyasına başlayacağını bəyan edib.
xanımın Hidayət aclıq aksiyasından bir həftədən çox vaxt keçir və bu siyasi məhbusun səhhəti ilə bağlı narahatlıqlar artıb. Bu səbəbdən də ondan aclıq aksiyasını dayandırmaq üçün çoxlu müraciətlər dərc olunub.
#ümumi_etirazla