Fərnaz Əlizadəyə qarşı təzyiq davam edir
Fərnaz Əlizadənin Təbrizdə həbsindən bir həftədən çox keçməsinə baxmayaraq, bu Türk qızın həbsi və ona qarşı işgəncələr davam edir.
Fərnaz Əlizadə 19 dekabr 2022-ci il bazar ertəsi günü Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və Təbriz mərkəzi həbsxanasına köçürülmüşdü.
Xanım Əlizadənin həbsindən bir həftədən çox vaxt keçməsinə baxmayaraq, işin müstəntiqi Fərnazın qirov qarşılığında sərbəst buraxılması ilə bağlı onun ailəsinin müraciətlərinə məhəl qoymur.
Qeyd edək ki, son etiraz aksiyalarından sonra internet bağlantısı kəsildiyindən və təhlükəsizlik orqanlarının məhbusların ailələrinə məlumat verməmələri üçün təzyiqləri nəticəsində indiyə qədər saxlanılanların adları və statusları ilə bağlı dəqiq statistika açıqlanmayıb.
#ümumi_etirazlar