سمیه رادمنش: سن نارین یاغیش کیمی
Xalq şairi Balaş AZƏROĞLU
”Sən narın yağış kimi”
***
Sən narın yağış kimi
Elə hopmusan qəlbimə
Sakit-sakit,aram-aram
Yağış yağar, yer doymaz
Mən də səndən doymaram
Gözüm gözündən doymaz
Qulağım səsindən
Sinəm nəfəsindən
*
Deyirlər bu dünyada ən ülvi sevgi
Səssiz, sözsüz məhəbbətdir
Axı dilə-ağıza salmaz sevən-sevəni
Mənə də sənin eşqin kifayətdir
*
Nəyə lazım hamı bilə, sevirəm səni
İstəmirəm şıdırğı yağış kimi
Selə suya dönəsən
Ya da şimşək olub
Tez çaxıb, tez də sönəsən
Mən də nə yağışına islana bilim
Nə oduna yana bilim
*
Neynirik nağıl olub
Dillərə düşən şöhrəti
Neynirik dağ çayına
Dönən məhəbbəti
Yamacda hay qopara
Səhrada nə səsi, nə izi qala
Ürəklərə hopmuya
Hər yanda sözü qala
*
Sən elə narın yağış ol, əzizim
Yağ sakit-sakit, aram-aram
Yağış yağar, yer doymaz
Mən də səndən doymaram.
Tar ifası: lbrahim Babayev
Piyano ifası: Rəşad Fərzəliyev