Tanınmış gözəl insanımız Doktor Səminə Xosroşahi əbədiyyətə govuşdu…
Təəsuflə xəbər aldıq ki İran vətəndaşı Türk soylu xanımlarının tanınmış başarılı həkimlərindən olan doktor Səminə Xosroşahi 21 xordad ayında amansız xəstəliklə aylar mucadilə etdikdən sonra aramızdan köçdu.
Doktor Səminə xosroşahi 1344 ci ildə Ələmdar şəhərində anadan oldu. Orta təhsilatını həmin şəhərdə başa çatdırdıqdan sonra Tehranda Milli Universitetin ( Şəhid Beheşti) tibb fakultəsində ali təhsilə başladı. Bir qız uşağı anası olan Doktor Xosroşahi tibb sahəsində ixtisas almaqdan ötəri Amerikaya gedib və Neurologi ya həmin Sinir sistemi xəstəlikləri ixtisasını almağa başladı.
Doktor Neurologist mütəxəsis kimi bu sahədə Amerikanın Carle Foundation Hospitalında çalışan Doktor Xosroşahi son aylarda amansız xəstəlik üzündən iş hayatından uzaqlaşıb malicəyə başlamaq məcburiyyətində qalmışdır.
Təəsuf ilə tibb elminin gözəl mütəxəsisi olan həkmi tibb elmi xilas edə bilmədi və o aylarla xəstəliklə mucadilədən sonra aramızdan köçdü və arxasında ailəsi və bütün çevrəsini böyük bir üzüntuyə boğdu.
Türk Qadınlar Mərkəzi bu acı itgidən dolayı başda mərhumun ailəsinə, eləcədə bütün yaxın dost və tanışlarına baş salığı verib onların üzüntusunu paylaşır.
Türk Qadınlar Mərkəzi
22 xordad ayı 1400