8 mart münasibətilə Azərbaycan Türk Qadın Mərkəzinin bəyanatı
- 8 Mart Bu il, əvvəlki illərdə olduğu kimi, İran vətəndaşları olan qadınlar, İslam Respublikasının dar və qadın əleyhinə çərçivəsindəki hüquqi bərabərlik baxımından statuslarını yüksəltmək yolunda ən kiçik bir müsbət dəyişikliyə nail olmamaqla yanaşı, çox saylı negativ təcrübələr keçirdilər. Qadına qarşı hadisələrin və qadına qarşı qanunların nümunələri İslam şəriət qanunlarının dəstəyi və işlənən cinayətlərin yüngülləşdirilməsi ilə bunu təcrubə etdilər və acı duyğularla yaşadılar.
Bu il eyni zamanda teokratik, mərkəzləşmiş, avtokratik və qadın əleyhinə bir rejim tərəfindən idarə olunan ölkəmizin xüsusi çoxmillətli konteksti, bu ölkənin qadınlarının yalnız cender bərabərliyi hüquqları uğrunda deyil, bütün sahələrdə də mübarizə apardıqlarını göstərdi. İranda qadınlar milli, dini, məzhəb və sinif zülmləri də daxil olmaqla müxtəlif ayrı-seçkilik təzyiqlərinə qarşı cəsarətlə səhnədə olmuş və hətta bəzi hallarda ön cəbhələrində mübarizə aparmış və həzinələr ödəmişlər.
Bu günə qədər yaşanan təcrübə, feminizmin üçüncü dalğa nəzəriyyəsinə sadiqliyini güclü şəkildə təsdiqlədi, hansıkı burada “üst-üstə düşən tələblər” və ya qadınların mübarizəsi ilə müxtəlif sahələrdəki tələblərin üst-üstə düşməsindən danışılır.
Bu günlərdə hər hansı bir qadının ana dilinin qorunması və çiçəklənməsi yolunda aktiv olması “itihamına” əsasən tutulması və uzun müddətə həbs cəzasına məhkum edilməsi uğrunda apardığı mübarizənin cinsi zülmə necə müdaxilə etdiyini və bu zülmə son qoymaq uğrunda mübarizənin yolunu açmaqla necə əlaqəli olduğunu danılmaz şəkildə görürük.
Buna görə də, İrandakı qadın mübarizələrinin İrandakı gender bərabərliyi uğrunda mübarizədə öz hüquqlarını qazanmaqla məhdudlaşa bilməyəcəyi ilə yanaşı, konkret siyasi-mədəni vəziyyətdə də İrandakı qadın mübarizələrinin analizinə diqqət yetirmə vaxtı gəldmişdir. Çoxmillətli İran və müxtəlif sahələrdə döyüş sahələrinin bir-birinə yaxın olması, qadınların bütün sahələrdə, mülki və ya fərdi hüquqlar uğrunda, eləcə də kollektiv və ya milli mədəni mücadilədə kişilərin mübarizəsində ön sırada dayanmalarının səbəbidir.
Ana dilində təhsili haqqını inkar etmək və məhs buna görə məktəbi tərk etmək cəmiyyətdəki qadınlara vurulan ən ağır zərbələrdir və UNESCO savadsızlığın səbəblərinə dair tədqiqat protokollarında yazdığı kimi “məktəbi buraxmaq və savadsızlıq dünyanın bəzi yerlərində daha çox yayılmışdır, xsusən uşaqların ana dilində təhslilə başlamaq şansı olmayan regionlarda qat qat daha çox rastgəlinir. Demək bu iki faktor ya ayrılıqda, ya da birləşərək məktəbi buraxmaqda mühüm rol oynayırlar: yoxsulluq və ana dilində təhsilə başlamamaq. İranda mərkəzləşdirilmiş təhsil siyasətinin nəticəsi beləcə savadsızlığın artması və nəticədə ölkənin “rəsmi” dilindən başqa bir dildə danışan imkansız bölgələrdə uşaq evlliyinin sayının artması deməkdir.
Bələcə ana dili ləhcəsinə görə təhqirə məruz qalıb alçaldılmış qadınlar və qızlar, ləyaqətləri olan standartlarda inkişaflarına çox maneələr var. Bir növ demək klar ki ana dilinin sadəcə danışıq vasitəsi deyil, tarixdə və insan kimliyini formalaşdıran mürəkkəb bir sosial-mədəni münasibətdə formalaşan bir prosesin nəticəsi olduğunu qəbul etməliyik.
İqtisadi böhran, geniş yayılmış inflyasiya və yoxsulluq, geniş yayılmış işsizlik və qadınlara qarşı qanunlar qadınları tez-tez aşağı əmək haqqı ilə, müqaviləsiz, sığortasız, iş təhlükəsizliyi olmadan işləməyə məcbur etməkdədir.
Bütün ayrı-seçkiliyə, təzyiqlərə və repressiyalara baxmayaraq, İranlı qadınların haqları və rejimin mürtəce və qadına qarşı siyasətlərinə qarşı mübarizəsi bu günə qədər davam etmişdir.
Müəllimlərin, tələbələrin, təqaüdçülərin və işçilərin ümummilli mübarizəsində qadınlar iştirak edir və ön planda mübarizə aparırlar. Qadınların etiraz hərəkatı, İslam rejiminə qarşı mübarizə aparan ilk hərəkatlardan biri idi və bu günə kimi eniş-yoxuşla davam etdi.
Ayrı-seçkiliyin və bərabərsizliyin aradan qaldırılması və cinsiyyətindən, əqidəsindən, inancından və milliyyətindən asılı olmayaraq insan ləyaqətinin qorunması üçün mübarizə günü olan Beynəlxalq Qadınlar Günü münasibətilə ölkəmizdə və dünyadakı bütün qadınları təbrik edirik.
Azərbaycan Türk Qadın Mərkəzi
7 mart 2021