Günel Məmmədli ; Autentlik (7) Nietzsche’nin fəlsəfəsində autentlik xüsusiyyətləri
Nietzschenin fikrincə, insan özünü sərbəst, bənzərsiz və sözün həqiqi mənasında ifadə etməkdən çəkinir və müxtəlif dogmaların arxasında gizlənir. Çox vaxt özünün qeyri-adi xüsusiyyətini deyil, boş ümumiləşdirmələrə üstünlük verir. Nietsşeyə görə Yəhudi-Xristian əxlaqı insanların özünü tamamilə tanıtmasına mane olur və bu səbəbdən dəyərlərin yenidən ölçülməsi aparılmalıdır. Bunun üçün müəllimlərimizi sərbəst seçmək və kimliyimizi və ideallarımızı formalaşdırmaq azadlığımız var; Bu azadlıq sənətçilərin yaradıcılığına cavabdeh olduğu kimi, xarakterimiz üçün də məsuliyyətimizi artırır. Autentik özünü yaratmaq yolu bir pedaqoqun yolunu izləyir. Nietzschenin “Belə dedi Zərdüşt” əsərindəki Fövqəl İnsan obrazı təbiətin özü tərəfindən verilən gücə sahibdir. Nietzschenin “fövqəl insan” adlandırdığı harmonik bir insandır. Ondakı fiziki mükəmməllik, yetkin əxlaq və zehni xüsusiyyətləri bir biri ilə uyğunluq təşkil edir.
Nietszche fövqəl insanın hələ mövcud olmadığını onun yetiştirilməsini müdafiə edir. Onun sözlərinə görə, insanlığın məqsədi budur. Nietszenin fikrincə, Zərdüşt fövqəl insan deyil, ona yönəlmiş bir körpüdür. Bu gün adi insanlardan üstün insan olmaq üçün “əsas maddə” dir. Həqiqətdə Nietszche insanın ilahi bir qüvvə olduğunu iddia edir.. “Tanrı öldü, biz onu öldürdük” deyə Nietszche Zərdüştün diliylə indi tanrının yerini üst insan tutmalıdır deyir.
Psixoanalitik fəlsəfə Nietszchenin həyat fəlsəfəsində irrasional baxışını daha da dərinləşdirdi. Dünyanı xaos kimi başa düşmək Nietszche fəlsəfəsinin əsas xüsusiyyətidir. Dünyada heç bir plan yoxdur, taleyin əlində oyuncaqdır. Başqa sözlə, təfəkkürümüz hər zaman ciddi məntiqi forma və quruluş tələb edir. O Apollonun tərzidir. Ancaq həqiqiliyin bir forması yoxdur. O Dionis tərzidir. Özümüzə varlıq hissi veririk. Xaos təhlükəsi bizi məna yaratmağa məcbur edir. Nietszcee görə, bunu ilk dəfə anlayan Zərdüşt olmuşdur.
Nietszche “Belə dedi Zərdüşt” əsərində təsvir etdiyi iki mərhələ ilə auetentlik və təbii yaradıcılıq yolunu təsvir etmişdir: “Ruh bir dəvə olur; Dəvə də şir; Və şir sonda bir uşaqdır.” Fərd yəni şir özü Bu ‘dəvədən’, yəni institusional şəraitdə yüklənmiş bütün xarici təbəqələrdən xilas olmalıdır. Yalnız bundan sonra o, uşaq kimi “günahsızlığa” çata bilər və yalnız bu vəziyyətə çatdıqdan sonra əxlaq normalarını şüurlu şəkildə mənimsədiyi ikinci mərhələyə keçə bilər.
Nietszche fəlsəfəsi və təklif etdiyi ədəbi vasitə ilə oxucularını orijinallıq axtarışına cəlb etmək məqsədi daşıyır. Nietszchenin son məqsədi, dogmatik inancları olmayan bir dünyada yaradıcı və orijinal auetentik bir həyat təmin etməkdir.