Günel Məmmədli ;İnsan varlığının həqiqiliyi, Autentlik (4)
Kierkegaardın fəlsəfəsində autentliyə yönələn mövcudluq mərhələləri
Kierkegaard autentliyə yönəlməyi üç mərhələli ironik nərdivanla ifadə edir: Estetik mərhələ, etik mərhələ və dini mərhələ. Hərbir mövcudluq mərhələsi diyalektik inkişafla həyata keçir. İlk iki mərhələ ümidsizliyə yol açacaq mərhələdir. Hər varlıq mərhələsi özünəməxsus dəyərlər sisteminə malikdir. Seçim hərhansı bir yönləndirici metafizik prinsibə bağlı olmayan azad bir tərcihin irrasyonal təşviqi ilə həyata keçirilir. Kierkegaard dini inancları qəbul etməyə çalışır, lakin onun üçün yalnız “mütləq həqiqət” deyil, insanın fərdi ehtirasları ön plandadır. Bununla Kierkegaard seçim azadlığı və kortəbii azadlığı yenidən gündəmə gətirdi. Artıq insan özündən asılı olmayan dəyərlər sisteminin məsuliyyəti altında yaşaya bilməzdi.
Kierkegaara görə insanın əsl sərbəst seçimi imkanların nəticəsindən asılı olmayan seçimdir. Sərbəst seçim, onu kütlədən və təbiətin bir hissəsindən ayıran nəfsin vəziyyətidir. Və bu seçimin metafizik azadlıq və determinizm problemi ilə heç bir əlaqəsi yoxdur. Onun narahatlığı subyektiv daxili həyatımız və niyyətlərimizdir. Kierkegaard əslində insanın azad olub olmamasına aid ənənəvi problemləri düşünməmişdir. Onun dialektikasının mövcudluq forması qəfil sıçrayışlar və böhranlarla dolu ehtiraslı, fasiləsiz vəziyyətlərdir. Kierkegaardın fəlsəfəsində insan mücərrəd bir səbəb deyil, canlı bir ehtirasdır. Bu vəziyyətdə fərdin ziddiyətli fəaliyyətləri sintezləşmədədən yanyana baş verir. Münaqişə mövcudluğun özünə bağlı olan bütün sferalarında mövcuddur. Hegelin dialektikasından fərqli olaraq, bir sferadan digərinə keçid zəruri deyil, aralarında vasitəçilik və güzəşt yoxdur, yəni onların bir-birlərinə “müxalif” olmalarına dair heç bir rasional həll yoxdur. Fərdlər paradokslarda yaşayır və əks həyat tərzlərinə və ya alternativ fəaliyyət yollarına görə seçim edirlər.
Estetik mövcudluq mərhələsi insanın mənliyinin formalaşmadığı mərhələdir. Yunan dilində “aisthesis” sözünə əsaslanan estetik termini “hiss” və “hissi idrak” anlamını verir. Estetika gözəllik və təsviri sənət mövzusunda araşdırma deməkdir. Lakin Kierkegaard bu konsepsiyanı etimoloji mənasından götürür, yəni fəlsəfəsində duyğu və qavrayış deməkdir. Estetikanı varlığın ölçüsü kimi izah edir. Estetik mərhələdəki insan hissi davaranaq həyati qərarlardan da qaçır. Öz mahiyyətini yaratmağa çalışmadığı üçün yalnız xarici obyektlərdən aldığı zövqü artırmaq üçün lazımi şərait yaratmağa çalışır. Seçimləri ilə öz şəxsiyyətini formalaşdırmaq əvəzinə xarici şərtlərdən istifadə edərək şəxsiyyətini formalaşdırır. Kierkegaard “ Narahatlıq Konsepsiyası” əsərində estetik mərhələni demonic(şeytani) mərhələ adlandırır.
Şeytani mərhələ estetik mərhələyə aiddir. Kierkegaarda görə şəri, negativliyi təqdim etməyin ən yaxşı yolu onu saf estetik baxımdan gözdən keçirdməkdir. Kierkegaard bu həyat tərzinə Don Juanın həyatını nümunə göstərir. Kierkegaard Don Juanın həyat nümunəsini Motsartın “Don Giovanni” operasından götürür. Don Juanın həyatının Don Giovanni operasından götürməsinin səbəbi, musiqinin həyat təsvirlərində ən yaxşı vasitə olduğunu düşünməsidir. “Ya Ya da” əsərinin “Musiqili Erotik” bölümündə Motsartı operasına görə təriflənir,bunun əsl sənət əsəri olduğunu söylənilir. Bu əsərdəki Don Juanobrazında qadınlarla münasibətdə səmimi və əsl sevgi yoxdur. Onun qadınlarla ünsiyyəti yalnız hissi zəyifliyindən irəli gəlir. Hər hansı bir qadınla həqiqi münasibət qura bilməz, çünki qərar verə bilmir. Bir qadınla münasibət başqa bir qadınla olan münasibətdən keyfiyyətcə fərqlənmir. Kierkegaar’a görə, səmimi bir seçim olmadığı mövcudluğun bu mərhələsində əsl azadlıqdan bəhs edilə bilməz.