Günel Məmmədli ;İnsan varlığının həqiqiliyi, Autentlik (3)
Kierkegaardın ifadə etmək istədiyi budur:
İroniya subyektivliyin təzahürüdür. Öz həqiqi mənliyini yaratmağa çalışan, auetntik bir insan olmağa qərarlı olan insan ironik bir vəziyyətə uyğun hədəfdir. Kierkegaarda görə heçbir autentik insan həyatı ironiya olmada mümkün deyil. İroniya sərhədləri çərçivələri sonlu hala gətirir insan həyatına sabitlik, ciddiyət və xarakter qazandırır.
Kierkegaard məqsədli ironiyanı deyil bir metod bir yol olan ironiyanı təbliğ etmişdir. Çünki ironiya öz ixtiyarında şüurlu bir məqsəd olsaydı, onu azdırmaq və məhv etmək olardı. İnsan şüurlu bir ironiyadan məhrum olarsa bu onda , sadə bir reqresə, qeyri-sabit və iradəsiz bir vəziyyətə gətirib çıxaracaqdır. Beləliklə Kierkegaarda görə Sokratın da təsiri sadəcə və sadəcə oyandırmaq idi, insanı özünün formalaşmasına kömək etmək üçün “həqiqi olmayanlardan” dan azad etmək deyil. Əgər ironiya konstruktiv bir şəkildə həyata keçirilirsə o, öz həqiqətlərini formalaşdırmaq üçün bir bələdçi və ya bir vasitə olar.
Bir insan sərbəst şəkildə özünü formalaşdırmaq istəyirsə, əvvəlcə mahiyyətini özündən ayırmalı və ona toxunmadan kənardan işləməlidir. Bu nöqtədə istehzalı davranış çox vacib bir köməkdir. Mütəşəkkil istehza dəyərləri başqasınınmış kimi qiymətləndirməyə imkan verir. Özünü dominant dəyərlərdən və davranış formalarından fərqləndirir və bu prosesdə öz əxlaqıyla hərəkət etməyə kömək edir. Üstəlik, öz dövrünün tənqid və səviyyələndirmə proseslərindən birində özündən ayrılmağı bacarırsa, bu, özündən ayrılmaq üçün subyektiv bir mahiyyətə sahib olduğunu göstərir. Kierkegaarda görə bu vəziyət insanların autentik inama və imana təşviq edə biləcəyini göstərir. Kierkegaard autentliyi “ehtiraslı bir etik” anlayışla dilə gətirir. Kierkegaarda görə əsl ehtiras dini inancdadır. Lakin autentlik anlayışı təkcə dini sahə ilə də əlaqəli deyil. Auetentlik, insanın həqiqi mənliyini yaratmaq istəyinin bir atributudur. Ancaq Kierkegaard birlikdə insan varlığının gerçəkliyini xristian təfsirlə ifadə etmişdir.
Onun sözlərinə görə, əsl xristian autentliyə yönələn bir insandır. Auetent Xristianlıq isə ən dərin ironiyadır…
ardı var