Evin həbsxanasında həbsdə olan 5 qadın siyasi məhbus yenidən məhkum edilib
Evin həbsxanasında məhbus olan 5 qadın siyasi məhbus etirazçı “Riza Rəsayi”nin edamına etiraz etdikləri üçün ümumilikdə 27 ay 1 gün həbs cəzasına məhkum edilib.
Riza Rəsainin edamına etiraz olaraq açılan davada Evin həbsxanasında həbsdə olan “Pəxşan Əzizi”, “Verişe Muradi”, “Nərgiz Məhəmmədi”, “Məhbubə Rizayii” və “Pərviş Müslümi” adlı 5 siyasi məhbus, 27 ay bir gün həbsə məhkum ediliblər.
Tehranın Qüds şəhərinin ikinci cinayət məhkəməsinin hakimi Əbülfəzl Əmiri Şəhrabi, şənbə günü, oktyabrın 19-da birgə məhkəmə iclasında bu beş siyasi məhbusu “zabitlə münaqişə və üsyan” ittihamı ilə həbsə məhkum edib.
“Hengav” hüquq müdafiə təşkilatının verdiyi məlumata görə, Pərivəş Müslümi “həbsxana asayişini pozmaq” ittihamından bəraət alıb və digər məhbuslar isə “əmlakı məhv etmək” ittihamı ilə bəraət alıb. Məhkəmə iclasında Pərivəş Müslümi iştirak etmiş və digər məhbuslar bu məhkəməyə gəlməkdən imtina etmişlər.
Bu il avqustun 6-da Evin həbsxanasının bir sıra qadın məhbusları Riza Rəsainin edamına etiraz etdikdən sonra məhbuslar arasında etiraz aksiyası keçirilib və bu, həbsxana qüvvələri ilə toqquşmaya səbəb olub.
Nəhayət, bu həbsxananın intizam komitəsi tərəfindən 5 məhbusun bir müddət telefonla danışmaq və ailələri ilə görüşmək hüququndan məhrum edilib.
#iran_xəbərləri #məhbuslar