Batı Azərbaycanda qaddın cinayəti; Bir qadın həyat yoldaşı tərəfindən iyrənc şəkildə öldürülün
İranın insan haqları mənbələrinin məlumatına görə, dünən cümə axşamı “Səmira Kaşiyan” adlı qadın naməlum səbəblərdən həyat yoldaşı tərəfindən bıçaqlanaraq öldürülüb.
Hana İnsan Haqları saytının məlumatına görə, 25 yaşlı, iki azyaşlı uşaq anası və Batı Azərbaycanın Qoşaçay şəhərindən olan Səmira Kaşiyan (Kamiyan) 2024-cü il iyulun 11-də cümə axşamı həyat yoldaşı tərəfindən bıçaqlanaraq öldürülüb.
İranda insan haqlarının pozulması vəziyyətini izləyən təşkilatın son hesabatı göstərir ki, bu ilin mayın 21-dən iyunun 21-dək İranda ən azı 13 qadın qətli hadisəsi qeydə alınıb, onlardan 12-si qohumları o cümlədən qadınların həyat yoldaşları, ataları, qardaşları və ya oğulları tərəfindən törədilib.
İranda son dörd onillikdə qadın qətllərinin sayı artmaqdadır və “Şərq” qəzetinin araşdırma hesabatına görə, son iki ildə hər dörd gündə bir qadın ailənin ərkəkləri tərəfindən öldürülüb.
#qadınlar #qadın_cinayəti